"Havanın soyuması ilə əlaqədar koronavirusa yoluxma sayı daha da arta bilər"

“Havanın soyuması ilə əlaqədar koronavirusa yoluxma sayı arta bilər. Son günlərdə hava soyuq keçir, qapalı məkanlardan istifadə sıxlığı daha da artacaq”.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib. O bildirib ki, indi insanlar bir-biri ilə açıq havada görüşmürlər və məsafə nə qədər daralırsa, virusun ötürülmə riski, faizi bir o qədər yüksəlir: “Hazırki durum heç də yaxşı deyil. Testlərin sayı artırıldığı zaman yoluxma sayı da bir o qədər çox olur. Bəzən yoluxma sayının az olduğunu görürük, amma həmin günlərdə test sayı daha aşağı olur. Testlərin təxminən 10 faizi pozitiv çıxır. Test sayı 10 min olanda yoluxma sayı 1000, 12 min olanda təxminən 1200 olur. Yəni, test sayı nə qədər artarsa, testin pozitiv çıxması o qədər yüksəkdir. Havaların soyuması, xəstələrin çoxluğunu nəzərə alaraq yoluxma hallarının artacağanı düşünürəm”.
V.Əliyev qeyd edib ki, Azərbaycanın müharibəni qalibiyyətlə başa vurması yaxşı xəbərdir: “İnsanların diqqəti ön cəbhədən daha çox arxa cəbhəyə yönələcək. İstər yaralılara baş çəkilməsi, istərsə də şəhid olanların dəfn mərasimləri insanların yığışması üçün bir səbəb olacaq. Burada da insanlar kütləvi halda toplaşdıqlarına görə COVID-li insanların bu cür mərasimlərə gəlməmələri tövsiyə olunur. Ən azından bunu gizlətməməli və insanlara bildirməlidirlər. Bəzən insanlar yaxşılıq etmək istədiyini düşündüyü zaman neçə insanı yoluxdura bilər. Ona görə xəstə insanlar evdən çölə çıxmamalıdırlar. Bu cür torplanışlara görə xəstəliyə yoluxma sayı yenidən artıma doğru gedə bilər”.
İnfeksionistin sözlərinə görə, bütün yaş qruplarında koronavirusa yoluxma halları olur. O bildirib ki, yaşından asılı olmayaraq hamı yoluxma üçün risk qrupundadır. Ölüm halları isə daha çox yaşlı, xroniki xəstəliyi olanlar, gec müraciət edib, uzun müddət xəstəxanada yatanlar arasında olur: "İy və dadbilmənin olmaması şübhələnməyə əsas verir ki, həmin şəxs koronavirusa yoluxub. Ola bilsin ki, həmin adamlarda qızdırma bir gün olsun, sonra olmasın. Qızdırma olmadan iy və dadbilmə itibsə, həmin şəxs mütləq koronavirus testindən keçməlidir. Çünki onlar daha çox risk qrupuna aiddir”.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 14 saat sonra
- 18 d. əvvəl
-
-
31 d. əvvəl
Azərbaycanda "MAN" elektrik avtobuslarının yığılmasına 2026-cı ildə başlanacaq
-
1 saat əvvəl
Əlaçılar və onların müəllimləri Azərbaycan şirkətindən hədiyyələr qazanacaqlar
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
-
3 saat əvvəl
Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
-
4 saat əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
4 saat əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"

Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
Ən çox oxunanlar

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
