PAŞA Bank güclü kadrlar üçün “kisənin” ağzını açıb
PAŞA Bankın xərcləri Bankın inkişafına uyğun olaraq artmışdır.
“Marja”nın məlumatına görə, bunu 25 Aprel 2017-ci il tarixində keçirilmiş mətbuat konfransında Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Xəyalə Nağıyeva bildirib.
O qeyd edib ki, ötən il Bankın cəmi inzibati xərcləri 68 milyon 807 min manat təşkil edib, bu, 2015-ci illə müqayisədə 60%-ə yaxın çoxdur.
Bankın xərcləri arasında ən böyük yeri “kadrlar üçün xərclər”, “reklam , xeyriyyəçilik və sponsorluq” xərcləri tutur. 2015-ci ildə kadrlar üzrə xərclər 21 milyon 835 min manat ikən, ötən il 35 milyon 358 min manata qalxıb.
“Kadr siyasəti bizim üçün hər zaman öndə durur. Güclü kadrları cəlb etmək, onları saxlamaq, maksimum fayda götürmək Bankımızın əsas istiqamətlərindən biridir. Kadrlar üzrə xərclərimiz yeni peşəkar kadrların cəlb edilməsi və onların fəaliyyətinin artması ilə əlaqədar olaraq yüksəlmişdir. Ötən il kadrlar üzrə xərclərmiz 35 milyon 358 min manat təşkil edib. Bu məbləğə məvacibdən başqa tibbi sığortalar, icbari sığortalar və digər sosial ödənişlər də daxildir”,- Xəyalə Nağıyev qeyd edib.
PAŞA BANKIN XARİCDƏ NÜFUZU ARTIRILIR
Baş Maliyyə İnzibatçısı bildirib ki, 2015-ci illə müqayisədə ötən il PAŞA Bankın reklam, xeyriyyəçilik və sponsorluq xərcləri kəskin artaraq 2 milyon 725 min manatdan (2015-ci il) 10 milyon 749 min manata yüksəlib.
“Bu xərclərin əsas hissəsi bizim Türkiyə və Gürcüstandakı törəmə banklarımız ilə əlaqədardır. Bu, PAŞA Bank brendinin xaricdə tanıdılması və nüfuzunun artırılması üçün çəkilən xərclərdən irəli gəlir. Eyni zamanda, böyük tədbirlərin sponsoru oluruq. Bunlar ilə əlaqədar olaraq reklam, xeyriyyəçilik və sponsorluq xərcləri artmışıdır”.
PEŞƏKARLARIN MƏSLƏHƏTLƏRİNDƏN FAYDALANIR
Xəyalə Nağıyeva, “PAŞA Bankda peşəkar xidmətlər üzrə də ödənişlər yüksək olmuşdur” - deyərək çıxışına belə davam edib:
“PAŞA Bank hər zaman peşəkar məsləhət xidmətlərindən faydalanır. Beynəlxalq məsləhət şirkətlərindən aldığımız məsləhətlər ilə daim islahatlar aparıb, yeniliklər tətbiq edirik. 2016-cı ildə Bank proseslərinin optimallaşdırılması, müştəri menecerlərinin daha yüksək xidmət göstərməsi və digər bankdaxili proseslərin optimallaşdırılması üçün müəyyən iri miqyaslı layihələr həyata keçirilmişdir, hansı ki, hazırda da davam edir. Bunlar ilə əlaqədar olaraq peşəkar xidmətlərin alınması üzrə xərclərimiz 3 milyon 463 min manatdan 7 milyon 552 min manata yüksəlmişdir. Bu xərclərin içərisində İT sisteminin dəyişdirilməsi ilə bağlı alınmış məsləhətlərə görə ödənişlər də yer alıb”.
TƏHLÜKƏSİZLİYƏ DAHA ÇOX SƏRMAYƏ YATIRACAQ
Kompyuter proqramları və təhlükəsizlik banklarda əsas mövzulardan biridir. Xəayala Nağıyeva qeyd etdi ki, bu istiqamətdə də xərclər 1,4 dəfə artaraq 2 milyon 291 min manata qalxıb. 2017-ci ildə də elektron təhlükəsizliyin artırılması ilə əlaqədar olaraq bu xərclərin daha da artacağı gözlənilir.
PAŞA Bankın digər inzibati xərcləri aşağıdakı cədvəldə göstərilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
23 d. əvvəl
Sahibkar Vüsal Qurbanov "ilişdi" - “AUXs” adlı kondisionerlərin satışında cinayət tərkibi
-
-
29 d. əvvəl
Haqsız rəqabətə yol verilib - 6 təsərrüfat subyekti barəsində qərar qəbul edilib
- 30 d. əvvəl
- 44 d. əvvəl
- 48 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
Unibank mikro sahibkarlar üçün keçirdiyi “Payız endirimi” kampaniyasını uzadıb
-
1 saat əvvəl
Dövlət Dəniz və Liman Agentliyi dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır
-
1 saat əvvəl
“SİMA İmza” ilə daha 30-a yaxın elektron vergi xidmətinə əlçatanlıq təmin edildi
-
1 saat əvvəl
Azərbaycanın Milli Etalon Vaxtı - UTC (AZ) beynəlxalq səviyyədə təsdiqləndi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Sahibkar Vüsal Qurbanov "ilişdi" - “AUXs” adlı kondisionerlərin satışında cinayət tərkibi
“Finex Kredit” yeni imtiyazlı səhmlər buraxmaq istəyir
Çörək şirkəti adını və təşkilati-hüquqi formasını dəyişib
iPhone 17 Çində satış rekordu qırdı
Azərbaycan neftinin son qiyməti
Naxçıvanda 8635 daşınmaz əmlak qeydiyyata alınıb
Bank 40-cı filialını Göyçayda açdı
Azərbaycanın avtomobil şirkəti özünün logistika şirkətini qurur
BİRMARKET-də ŞOOOK Cümə!
Rəsmi məzənnələr açıqlandı
Babəkdə "Group Motors” satış və servis mərkəzi açıldı - Burada Mazda, Mitsubishi, Ford və Subaru modelləri satılacaq












.jpg)






.jpg)




