“Bank Respublika”nın maliyyə vəziyyəti məlum oldu
“Bank Respublika” ASC 2020-ci ilin 9 ayını 5 milyon 838 min manat xalis mənfəət ilə başa vurub. Koronavirus pandemiyasının iqtisadi çətnliklər yaratdığı bir ildə Bank Respublika xalis mənfəət ilə fəaliyyət göstərməyi təmi edə bilib.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-sentyabr dövründə Bank Respublikanın cəmi əməliyyat gəlirləri 75 milyon 74 min manat, cəmi əməliyyat xərcləri 62 milyon 526 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindın Bankın 12 milyon 548 min manat əməliyyat mənfəəti yaranıb. Bank əməliyyat mənfəətindən 6 milyon 710 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb, nəticədə, 2020-ci ilin 9 ayını 5 milyon 838 min manat xalis mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin ilin yanvar-sentyabr dövründə Bank Respublikanın cəmi əməliyyat gəlirləri 87 milyon 55 min manat, cəmi əməliyyat xərcləri 59 milyon 745 min manat, əməliyyat mənfəəti isə 27 milyon 310 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 11 milyon 690 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmışdı. Nəticədə Bank Respublika 2019-cu ilin ilin yanvar-sentyabr dövrünü 15 milyon 620 min manat xalis mənfəət ilə bağlamışdı.
Qeyri-faiz gəlirlərinin azalması ilə bərabər qeyri-faiz xərclərinin (əməkhaqqı, inzibati və digər xərclərin) artması ilə əlaqədar olaraq Bank Respublikanın əməliyyat mənfəəti azalıb.
FAİZ GƏLİRLƏRİ ARTIB
2019-cu ilin 9 ayında Bank Respublikanın faiz gəlirləri 50 milyon 112 min manat ikən, 2020-ci ilin 9 ayında 55 milyon 647 min manat təşkil edib. Qeyri - faiz gəlirləri isə 36 milyon 943 min manatdan 19 milyon 427 min manata geriləyib.
AKTİVLƏRİ 1 MİLYARD MANATDAN YÜKSƏKDİR
30 Sentyabr 2020-ci il tarixində Bank Respublika 1 milyard 70 milyon 39 min manat cəmi aktivlərə malik olub və aktivlərin 457 milyon 992 min manatını müştərilərə verilən kreditlər təşkil edib. Qeyd edək ki, 2019-cu ilin sonunda Bank Respublikanın cəmi aktivləri 1 milyard 412 milyon 983 min manat, o cümlədən müştərilərə verilən kreditlər 484 milyon 507 min manat təşkil etmişdi.
MƏCMU KAPİTALI ARTIB
30 Sentyabr 2020-ci il tarixində Bank Respublika 84 milyon 957 min manat məcmu kapitala malik olub. Bank ötən ilin Sentyabr ayının sonunda 73 milyon 722 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 42 d. əvvəl
-
- 45 d. əvvəl
-
1 saat əvvəl
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
-
1 saat əvvəl
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
İran rəsmisi Əli Laricani: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
-
3 saat əvvəl
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
-
3 saat əvvəl
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Trendyol”da Novruz endirimləri başlayır
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Qızıl daha da bahalaşdı
Martın 3-də gözlənilən hava şəraiti
İran rəsmisi Əli Laricani: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Qlobal bankdan Hörmüz boğazı ssenariləri
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir





















