Qatar Airways növbəti endirim kampaniyasına başlayıb
Qatar Airways-in əla qiymətləri ilə ən asan seçim səyahət edəcəyiniz yeri seçməkdir
Qatar Airways səyahətçilərə inanılmaz endirimlərdən faydalanaraq növbəti səyahətlərini planlamağa səsləyir.
Aviaşirkətin 26 Aprel – 3 May 2017 tarixləri arası davam edəcək Qlobal Endirim Kampaniyası ilə bilet əldə edən dostlar, cütlüklər və ailələr Qatar Airways-in dünya boyunca 150-dən çox istiqamətinə 21 Iyun 2017 tarixinə qədər səyahət edə bilərlər.
Bu inanılmaz qiymətlərlə, səyahətçilər növbəti səfərlərinin haraya olacağını təyin etməkdə çətinlik çəkməyəcəklər. Müştərilər endirimli qiymətlərlə Amerika Birləşmiş Ştatları 869 AZN-dən, İtaliyaya 859 AZN-dən, Maldiv adalarına 1,049 AZN-dən, Birləşmiş Ərəb Əmirliklərinə 539 AZN-dən başlayan qiymətlərlə səyahət edə biləcəklər. Bu qiymətlərdən faydalanmaq üçün səyahətçilər www.qatarairways.com saytına daxil ola, Qatar Airways satış ofisinə yaxınlaşa və ya turizm agentlikləri ilə əlaqə saxlaya bilərlər.
Qatar Airways-in Baş Kommersiya Meneceri cənab Ehab Amin demişdir:
“Biz hava yolu şirkəti olaraq müştərilərimizə səyahət etmək üçün bu qədər geniş seçim verə bildiyimiz üçün çox şadıq. Bu endirim kampaniyamız ilə müştərilərimiz səyahət edəcəkləri növbəti istiqaməti asanlıqla seçə biləcəklər. Müştərilərimiz Qatar Airways-in 150-dən çox istiqaməti arasından istənilən birini seçib, beş ulduzla səyahət edə bilərlər.
Yenilikcə hava yolu şirkəti özünü yeni premium sinif məhsulunu rahatlıqla 2-3-4 nəfərlik kiçik qruplar üçün biznes sinif daxilində unikal məkan yaradan “Qsuite” təqdim etdi. Patentləşdirilmiş dizayn və mühəndislik həlli olan bu məhsul mülki aviasiyanı transformasiya edərək birinci sinif məhsullarını biznes sinfinə gətirir. Qsuite həmçinin dünyada ilk dəfə olaraq “double bed” konsepsiyasını biznes sinifdə tətqib edərək Qatar Airways müştərilərinə yeniliklərdən faydalanamağa şərait yaradır.
Skytrax dərgisi tərəfindən 2016-cı ildə Dünyanın Ən Yaxşı Biznes Sinfi nominasiyası üzrə qalib olan şirkətin mərkəzi Hamad Beynəlxalq Hava Limanı da Skytrax dərgisi tərəfindən beş ulduzla qiymətləndirilmiş və Dünya Hava Limanları nominasiyası üzrə dünyanın altında ən yaxşı hava limanı seçilmişdir.
Dünya boyunca 150-dən çox istiqamətə mütəmadi uçuşlar təşkil edən Qatar Airways dünyanın ən sürətlə böyüyən hava yolu şirkətlərindən biridir. Gün-gündən genişlənən uçuş şəbəkəsini 2017-ci ildə say olaraq artıracaq şirkət bu il də Chiang Mai, Yanbu, Dublin, Nice, Skopje kimi şəhərləri öz əhatə dairəsinə daxil edərək 195 müasir təyyarəsi ilə müştərilərə unudulmaz xidmət verəcəkdir.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Müasir marketinq: səs-küydən mənaya doğru
Suraxanının İcra başçısına töhmət verilib
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İqtisadiyyat naziri özünə yeni müşavir təyin edib






















