"Qorunmayan əmanətlər üzrə 50 milyon manata yaxın kompensasiya ödənilib"
Əmanətlərin Sığortalanması Fondu (ADIF) 68,5milyon manat təşkil edən qorunmayan əmanətlər üzrə Konstitusiya Məhkəməsinin qərarına əsasən ləğv prosesində olan bankların əmanətçilərinə 48 milyon manatdan çox vəsaitin ödənişini təmin edib.
Bunu icraçı direktoru Tural Piriyev deyib.
Onun sözlərinə görə, sözügedən proses çərçivəsində bu günədək ümumi sayı olan 1 636 nəfər müştərinin 1 440 nəfərinə vəsait artıq ödənilib: "Cəmi 196 nəfər qalıb ki, onların vəsaiti də qrafikə uyğun ödəniləcək".
Qeyd edək ki, bu ilin iyul ayında Fond ləğv prosesində olan "Atabank" ASC, "AG Bank" ASC və "NBC Bank" ASC-də təshih tədbirlərinin təsirinə düşən əmanətlərin qaytarılması üçün Konstitusiya Məhkəməsinə müraciət olunması məqsədilə Nazirlər Kabinetinə məktub ünvanlayıb. Ləğv prosesində olan banklar maliyyə bazarlarına nəzarət orqanı tərəfindən fiziki şəxslərdən müddətli əmanətlərin qəbulu, qorunan əmanətlərin həcminin artımı, mövcud əmanətlərin şərtlərinin dəyişdirilməsi yolu ilə qorunan əmanət statusuna aid edilməsinə dair əməliyyatların həyata keçirilməsinin dayandırılmasına dair təshih tədbirləri tətbiq edilib. Təshih tədbirlərinin tətbiq olunmasına baxmayaraq, sözügedən banklar tərəfindən əmanətlər qəbul olunub, qorunan əmanətlərin həcminin artımı, mövcud əmanətlərin şərtlərinin dəyişdirilməsi yolu ilə qorunan əmanət statusuna aid edilməsinə dair əməliyyatların həyata keçirilməsi müəyyən olunub.
Bundan əlavə, "Atabank" ASC-yə təyin olunan müvəqqəti inzibatçının ƏSF-yə təhvil verdiyi ləğv prosesində olan "Atabank" ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində əmanətçilərin depozitlərinin bir hissəsi səhvən qorunmayan əmanət kimi qeydə alınıb.
Konstitusiya Məhkəməsinin qərarına əsasən ləğv prosesində olan təshih tədbirlərinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanət hesab edilib, həmçinin ləğv prosesində olan “Atabank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində səhvən qorunmayan əmanət kimi qeydə alınmış əmanətlər üzrə bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılması və ilkin (əsas) müqavilə kimi qəbul olunması qərara alınıb.
Xatırladaq ki, sözügedən əmanətlərin qaytarılmasına 14 avqust 2020-ci il tarixdən başlanılıb.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
12 d. əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
-
-
14 d. əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 25 d. əvvəl
- 35 d. əvvəl
- 51 d. əvvəl
-
53 d. əvvəl
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Bank Şirvanda yeni filialını açdı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Türkiyə iqtisadiyyatı 2025-ci ildə 3,6 faiz artıb




















