Expressbank Ani Ödənişlər Sisteminə qoşuldu
(®️) Expressbank, Mərkəzi Bank tərəfindən Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı çərçivəsində hazırlanmış, həm fiziki, həm də hüquqi şəxslər arasında aparılan qarşılıqlı hesablaşmaların 24/7/365 rejimində çalışmasını təmin edən Ani Ödəniş Sisteminə (AÖS) qoşulub.
Daim rəqəmsallaşma istiqamətində yeni layihələr üzərində çalışan Expressbank hüquqi şəxslər üçün nəzərdə tutulmuş “Expressbank Business” internet bankçılıq xidməti istifadəçilərinə artıq AÖS-də qeydiyyatdan keçməklə sadələşdirilmiş identifikatorlar üzərindən (VÖEN, FİN kod, mobil nömrə, e-mail) köçürmələrini anında həyata keçirmək imkanı yaradır.
AÖS-də qeydiyyatdan keçmiş fiziki şəxslər də həmçinin Express24 mobil tətbiqi vasitəsi ilə sadələşdirilmiş identifikatorlar üzərindən (FİN kod, mobil nömrə, e-mail) bir neçə saniyə ərzində digər şəxslərin cari və ya kart hesabına köçürmələr edə bilərlər. Express24 mobil tətbiqini https://www.expressbank.az/express24-app linkinə keçid alaraq yükləmək mümkündür.
AÖS-ün əsas üstünlüyü köçürmələri yalnız iş günləri və iş saatlarında deyil, günün istənilən vaxtı banka gəlmədən rahat və sürətli icra etmək imkanı, həm də bütün bu əməliyyatların ilkin mərhələdə komissiyasız təklif olunmasıdır.
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank haqqında ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytından və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 13 d. əvvəl
- 21 d. əvvəl
- 31 d. əvvəl
-
47 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək


























