Maliyyə bazarlarında son vəziyyət - 12.10.2020
EUR.
Amerikada prezident seçkisi öncəsi avronun dollara qarşı məzənnəsi yeni maksimumlara doğru bahalaşır. Təhlillərə əsasən, avro 1.19$-da kimi də dəyər qazana bilər.
Bununla yanaşı, çərşənbə axşamı Bakı vaxtı ilə saat 16:30-da dərc ediləcək Amerikada inflyasiyaya dair önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzindədir.
GBP.
Eyni mənzərə GBPUSD məzənnəsində də müşahidə edilir. Burada təhlillər onu göstərir ki, funtun qiyməti 1.31$-a kimi bahalaşa bilər.
Amerika iqtisadiyyatı ilə bağlı statistik məlumatlarla bərabər, həmin günü saat 10:00-da açıqlanacaq İngiltərənin əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da böyük maraqla gözlənilir.
TRY.
USDTRY məzənnəsi tarixi rekord səviyyələrini yeniləməkdə davam etsə də lirənin ucuzlaşması dinamikasının zəifləməsi ilə müşayiət olunur. Beləliklə, lirədə güclü bahalaşma dalğası öncəsi 8.0053TL ilə minimumların bir daha yeniləyəcəyi proqnozlaşdırılır.
Bazar ertəsi saat 11:00-da işsizlik və çərşənbə axşamı saat 11:00-da Türkiyənin sənaye və pərakəndə satış dövriyyələri ilə bağlı da önəmli məlumatlar açıqlanacaqdır.
OIL.
Enerji birjalarında isə Brent neftinin bir barel qiyməti 43.55$-a kimi dəyər qazandıqdan sonra müqavimətlə rastlaşıb. Müqaviməti qırılması isə bahalaşmanın 46$-a kimi davam edə biləcəyini ehtimal etməyə əsas verir.
Cümə axşamı saat 19:00-da dərc ediləcək ABŞ-ın neft və benzin ehtiyatları ilə göstəricilər də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
Əlvan metallar bazarlarında da qızılın qiyməti bahalaşmaqda davam edir. Hazırda 1928$-ın (62 $/qram) üzərində təklif edilən bir unsiya üzrə qiymətin sözügedən istiqamətdə nğvbəti hədəfləri 1945$ (62.5 $/qram) və 1960$ (63 $/qram) ola bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
38 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 40 d. əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub



















.jpg)





