Qızıl və neft qiymətlərində artım müşahidə edilir
Beynəlxalq valyuta birjalarında dolların digər aparıcı valyutalara nisbətən qiymətləri ucuzlaşmaqda davam edir. Sentyabrın axırlarından ucuzlaşmağa başlayan dollar indeksi, oktyabrın ayının başlaması ilə yeni eniş dalğasına başlayıb və 92.93 punkta kimi də ucuzlaşmaqda davam edəcəyi proqnozlaşdırılır.
Beləliklə, bazar ertəsi 1.1791$-a kimi bahalaşan EURUSD məzənnəsinin, 1.1858$-a kimi dəyər qazanması proqnozlaşdırılır. GBPUSD məzənnəsi üzrə də 1.3078$-a kimi bahalaşma proqnozları güclənib.
Əmtəə birjalarında isə qızıl və neft qiymətlərində də bahalaşma müşahidə edilir. Belə ki, Avropanın Brent neftinin bir barel qiyməti 41$, qızılın bir unsiya qiyməti isə 1910$-ın üzərində ticarət edilir. Lakin Brent nefti üzrə 42$ güclü müqavimət səviyyəsi hesab edilir və burada bahalaşma dayana bilər. Qızılın qiyməti də ABŞ-da prezident seçkisi və prezident Donald Tramp ətrafında narahatlıqlar fonunda bahalaşsa da Asiya sessiyasında müsbət xəbərlərin yayılması dinamikanın zəifləməsinə səbəb olub.
Təhlillərə əsasən, Brent nefti 42$-da müqavimətlə rastlaşıb, ucuzlaşaraq 41$-ı da qırarsa, ucuzlaşma yenidən 39$-a kimi sürətlənə bilər. Qızılın qiyməti isə 1904$-ı qırarsa, ucuzlaşma dalğasının sürətlənməsi proqnozlarının artmasına təsir edə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
40 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 42 d. əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub






















