Dövlət Vergi Xidməti tanınmış tibb mərkəzini məhkəməyə verdi - "CİDDİ MANELƏR YARADIB"
tibb mərkəzinİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “İLLAC” MMC-yə məxsus Nərimanov rayonu İsmayıl Hidayətzadə küçəsi, 45 ünvanında yerləşən “Funda” tibb mərkəzində vergi nəzarəti tədbirləri həyata keçirib.
Xidmətdən Marja-yda daxil olmuş məlumatda bildirilir ki, nəzarət tədirləri zamanı nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, işçilərin hüquqi qüvvəyə minmiş əmək müqaviləsi əsasənda işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi vəziyyəti yoxlanılıb.
Məlumata görə, “Funda” tibb mərkəzinin rəhbərliyi - direktor Hümbətov Asim Yusif oğlu və həkim Hümbətova Lamiyə Yusif qızı mühasibatlıq və pul sənədlərinin təqdim edilməsi ilə bağlı vergi xidməti əməkdaşlarının qanuni tələblərinə əməl etməyib, operativ nəzarət prosesinin gedişatına maneçilik törədiblər. Vergi nəzarəti tədbirləri zamanı nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmadığı, o cümlədən göstərilmiş tibbi xidmətə görə müştəri tərəfindən ödənilmiş nağd pul vəsaitinin dövriyyədən yayındırılması faktları aşkar edilərək müvafiq akt tərtib edilib. Bundan başqa, 27 nəfər tibb işçisinin əmək müqaviləsi və ya xidməti müqavilə bağlamadan işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edildiyi aşkar olunub.
Vergi orqanı əməkdaşları tibb mərkəzinin işçiləri ilə sorğu apararkən mərkəzin rəhbərliyi nəzarət prosesinə maneçilik törədərək sorğuya müdaxilələr edib, əmək müqaviləsi olmayan 13 heyət üzvünün (onların şəxsiyyətləri müəyyən edilib) izahat verməkdən yayındırılmasına, onların tibb mərkəzindən müxtəlif yollarla kənarlaşdırılımasına şərait yaradıb.
“Funda” MMC-nin rəhbərliyi qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq zəruri sənədlərin və məlumatların vergi xidməti əməkdaşlarına vaxtında təqdim edilməsini təmin etməyib, onların fəaliyyətinə ciddi maneələr yaradıb.
Vergidən yayınma faktlarının gizlədilməsinə yönəlmiş hərəkətlər və aşkar olunan nöqsanlar Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən akt və protokollarla rəsmiləşdirilib. Nəzarət tədbirlərinin həyata keçirilməsinə maneçilik törədilməsi faktı üzrə materiallar müvafiq hüquqi qiymət verilməsi üçün Nərimanov Məhkəməsinə göndərilib. Araşdırmalar davam edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bir daha vergi ödəyicilərini qanunvericilyin tələblərinə ciddi şəkildə əməl etməyə, həmçinin operativ nəzarət tədbirləri zamanı vergi əməkdaşlarının iş prosesinə süni maneələr törətməməyə çağırır və bildirir ki, bu cür halların qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması təmin ediləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
7 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 7 saat əvvəl
-
9 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























