İctimai nəqliyyatda nağdsız ödəniş ilə bağlı yeni layihə həyata vəsiqə aldı
(®️) Dövlət bankı Azər Türk Bank, AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və MasterCard beynəlxalq ödəniş sistemi ölkədə ilk dəfə olaraq ictimai nəqliyyatda bank kartları ilə ödəniş etmək imkanı yaradan birgə layihəni gerçəkləşdirib.
Bu layihə “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş rəqəmsal ödənişlərin genişləndirilməsinə yönəlmiş tədbirlərdən biridir. Layihə nağd dövriyyənin həcminin minimuma endirilməsi, nağdsız hesablaşmaların, o cümlədən təmassız kart əməliyyatlarının sayının artırılması və ödənişlərin operativ qəbulunun təşkili ilə əlaqədar tədbirlərin icrası məqsədi ilə reallaşdırılmışdır. Bununla əlaqədar, ictimai nəqliyyatda istifadə üçün prepaid tipli «İNKART» təmassız ödəniş kartı buraxılmışdır.
İstifadəyə veriləcək bu unikal kartın əsas üstünlüyü onu banka gəlmədən, heç bir sənədləşmə işi aparılmadan əldə etməyin mümkünlüyüdür. Bu kartın digər üstün cəhətləri isə, balansın terminallar və onlayn kanallar vasitəsilə artırılması, kart sahibinin öz telefonuna mobil əlavə yükləməklə kartını idarə etmək imkanının olmasıdır.
Hazırda innovativ nəqliyyat ekosistemi yaradılmış, avtobuslarda yeni nəsil ödənişləri qəbul edən cihaz – validatorlar quraşdırılmışdır. Validatorlarda təmassız ödəniş imkanına malik istənilən banka məxsus ödəniş kartı ilə ödəniş etmək mümkündür ki, bu imkan istifadəçiyə əlavə kart almaq zərurəti yaratmır.
Qurulmuş ekosistem, hazırda istifadəyə verilmiş validatorlarda, ödəniş kartlarından əlavə NFC texnologiyanı dəstəkləyən avadanlıqlar — smartfon, «ağıllı saat» və s. vasitəsilə real vaxt rejimində ödənişləri həyata keçirməyi mümkün edir.
Layihənin ikinci mərhələsində istifadəyə verilmiş mobil əlavə vasitəsilə QR biletlərin satışı təşkil olunacaqdır və bu da müştərilərə sadəcə mobil əlavədən istifadə etməklə ödənişləri həyata keçirməyə imkan verəcəkdir. Bu mərhələdə görüləcək işlərdən biri də kartın eyniləşdirilməsi ilə bağlıdır. Belə ki, kart sahibi mobil tətbiqə şəxsi məlumatlarını əlavə etməklə kartını eyniləşdirmiş olur və bundan sonra prepaid tipli bu kartları adi ödəniş kartı kimi POS-terminallarda, ATM-lərdə və onlayn alış-veriş zamanı istifadə etmək imkanı əldə edir.
Layihənin tətbiqi ilə əlaqədar Şamaxı rayon İcra Hakimiyyəti bu yeni texnologiyanın ilkin olaraq Şamaxıda reallaşdırılması təşəbbüsü ilə çıxış etmişdir. Bu səbəbdən layihənin ilkin mərhələdə Şamaxı rayonu üzrə tətbiqi nəzərdə tutulmuşdur.
Azər Türk Bank tərəfindən yaxın gələcəkdə ölkənin digər rayon və şəhərlərində avtobuslarda nağdsız ödənişlərin təmassız kartlar vasitəsilə qəbulu istiqamətində işlər görüləcəkdir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 8 saat sonra
-
-
8 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
9 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
9 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
9 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
10 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb


























