Kapital Bank-ın dəstəyi ilə “Qış Qalası” layihəsi
Kapital Bank-ın dəstəyi və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinintəşkilatçılığı ilə Qoşa Qala meydanında “Qış Qalası” adlı Yeni İl yarmarkası keçirilir.
10 yanvar 2017-ci il tarixədək hər gün, saat 14:00-dan başlayaraq 16:00-dək uşaqlar üçün animatorların iştirakı ilə maraqlı şou keçiriləcək. Saat 19:00-dan 21:00-dək isə məşhur müğənnilərin iştirakı ilə konsert təşkil ediləcək.
Yarmarkada bayram suvenirlərinin, atributlarının satışı nəzərdə tutulur. Bundan başqa müxtəlif hədiyyəli müsabiqələr həmçinin, isti və soyuq qəlyanaltıların, şirniyyatların və içkilərin satışı həyata keçiriləcək. Yarmarkaya qatılanlar anket doldurmaqla xaricə 2 nəfərlik səyahət qazana biləcəklər.
Selfi çəkdirməyi sevənlər də hədiyyə qazanacaq. Yarmarkada ən yaxşı şelfi çəkib, #gishgalasiselfie həştəqi ilə sosial şəbəkədəki səhifələrinə yerləşdirənlər, İçəri Şəhərdə olan restorana 2 nəfərlik şam yeməyi qazana bilərlər.
Yarmarkanın balaca qonaqları da hədiyyəsiz qalmayacaqlar. Çünki uşaqlar tədbirdə Şaxta Babaya məktub yazmaq imkanına malik olacaqlar. Xüsusi qutuya yığılan məktubların ən yaxşıları hədiyyə əldə edəcək.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)





.jpg)









