Azərbaycandan qeyri neft məhsullarının ixracı azalıb
2020-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 172 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 102 ölkəyə məhsul ixrac olunmuş, 160 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 13777,6 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 7876,8 milyon dollarını və ya 57,2 faizini ölkədən ixrac olunmuş məhsulların, 5900,8 milyon dollarını (42,8 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 1976,0 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 30,9 faiz, real ifadədə 22,5 faiz, o cümlədən idxal 43,4 faiz, ixrac isə 7,1 faiz azalmışdır.
2020-ci ilin yanvar-iyul aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 8,6 faiz, real ifadədə isə 17,1 faiz azalaraq 1035,1 milyon dollar təşkil etmişdir.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 32,1 faizini İtaliyaya, 18,7 faizini Türkiyəyə, 4,7 faizini Rusiyaya, 4,1 faizini Çinə, 4,0 faizini Hindistana, 3,9 faizini İsrailə, 3,7 faizini Xorvatiyaya, 3,4 faizini Yunanıstana, 3,1 faizini Gürcüstana, 3,0 faizini Ukraynaya, 2,5 faizini İspaniyaya, 2,1 faizini Çexiyaya, 1,9 faizini Tunisə, 1,5 faizini Vyetnama, 11,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (40,4 faiz), Türkiyəyə (19,8 faiz), İsveçrəyə (10,4 faiz), Gürcüstana (8,1 faiz), Çinə (3,1 faiz), Ukraynaya (2,4 faiz), İtaliyaya (2,0 faiz), Qazaxıstana (1,6 faiz), İrana (1,2 faiz), Türkmənistana (1,0 faiz), Belarusa (0,9 faiz), ABŞ-a (0,9 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,4 faizi Rusiya, 14,7 faizi Türkiyə, 13,2 faizi Çin, 7,9 faizi ABŞ, 5,1 faizi Almaniya, hər biri 4,2 faiz olmaqla İtaliya və Ukrayna, 3,0 faizi Birləşmiş Krallıq, 2,7 faizi İran, 1,9 faizi Yaponiya, hər biri 1,8 faiz olmaqla Koreya və Fransa, 21,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2020-ci ilin yanvar-iyul aylarında 2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 6,0 faiz, kartof – 32,1 faiz, meyvə və tərəvəz şirələri – 9,9 faiz, bitki yağları – 1,7 dəfə, meyvə və tərəvəz konservləri – 5,1 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 41,9 faiz, polietilen – 41,9 faiz, qara metallardan borular – 1,8 dəfə, bentonit gili – 11,0 faiz artmış, təzə meyvə ixracı isə 18,5 faiz, şəkər – 40,0 faiz, tütün – 25,8 faiz, çay – 1,9 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 57,4 faiz, pambıq lifi – 10,0 faiz, pambıq ipliyi – 28,2 faiz, emal olunmamış alüminium – 12,6 faiz, qara metallardan yarımfabrikatlar – 85,4 faiz azalmışdır.
2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə 2020-ci ilin yanvar-iyul aylarında təzə meyvə idxalı 14,5 faiz, bitki yağları – 3,9 faiz, xam şəkər və şəkər – 4,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 37,7 faiz, çay – 13,9 faiz, mal əti – 18,8 faiz, təzə tərəvəz – 27,5 faiz, minik avtomobilləri – 25,0 faiz, dərman vasitələri – 1,7 dəfə, hesablama maşınları, blok və qurğuları – 22,8 faiz, qara metallardan çubuqlar – 1,7 dəfə, məişət soyuducuları – 11,0 faiz artmış, buğda idxalı isə 33,5 faiz, kartof – 0,8 faiz, quş əti və onun əlavə məhsulları – 4,7 faiz, siqaretlər – 79,4 faiz, qara metallardan borular – 7,3 faiz, polad prokatı – 3,4 faiz, mineral gübrələr – 4,3 faiz, rezin şinlər – 20,5 faiz, məişət kondisionerləri – 30,6 faiz, mebellər – 20,5 faiz, yük avtomobilləri – 16,9 faiz, polietilen – 19,6 faiz, paltaryuyan maşınlar – 9,0 faiz, qara metallardan künclüklər – 13,0 faiz, avtobuslar – 27,3 faiz, sement və sement klinkerləri – 24,9 faiz azalmışdır.
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
34 d. əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
-
- 41 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
4 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
4 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Ən çox oxunanlar
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib






.jpg)














