Bakıya gediş-gəlişə tətbiq olunan məhdudiyyət ləğv edilir
Sentyabrın 8-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılır.
Bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.
Lakin şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna təşkil edir.
Beləliklə, fərdi avtomobillərlə Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş-çıxışa icazə verilsə də, ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması qüvvədə qalır.
DYP: SENTYABRIN 8-DƏK TƏMKİNLİ OLUN
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlərin 2020-ci il sentyabrın 8-i saat 00:00-dan aradan qaldırılması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Müraciətdə deyilir: “Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə sanitar-epidemioloji vəziyyətə uyğun olaraq şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlərin 2020-ci il sentyabrın 8-i saat 00:00-dan aradan qaldırılması barədə məlumatı nəzərə alınaraq, DİN Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarından müvafiq ezamiyyə sənədləri olmadan və ya “icaze.e-gov.az” portalına bu haqda məlumatlar daxil edilmədən respublikanın digər şəhər və rayonlarına, eləcə də əks istiqamətdə getməyə cəhd edilməməsini və qeyd olunan vaxtadək təmkin göstərərək mövcud qaydalara ciddi riayət olunmasını xahiş edir”.
Həmçinin oxu
Karantin rejimi daha da yumşaldıldı - QƏRARMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 28 san. sonra
-
50 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 51 d. əvvəl
-
-
58 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
1 saat əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
1 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb


























