Azərbaycandan tibbi maskaların aparılmasına qoyulan qadağa ləğv edildi
Nazirlər Kabineti “Bəzi malların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” qərarında dəyişiklik edib.
Dəyişiklik qərarın qüvvədə olma müddəti ilə əlaqədardır.
Qərarın qüvvədə olma müddəti sentyabrın 1-dən noyabrın 1-dək uzadılıb.
Eyni zamanda ölkədən tibbi maskaların aparılmasına qoyulan qadağa da ləğv edilib.
Beləliklə, noyabrın 1-dək yeni koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ehtiyacların təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması məhdudlaşdırılan malların Siyahısı aşağıdakı kimidir:
Sıra №-si | XİF MN üzrə kod | Malın adı |
1 | 2 | 3 |
1. | 2207 10 000 0 | Spirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasiya olunmamış etil spirti |
2. | 2207 20 000 0 | Hər hansı bir qatılıqda denaturasiya olunmuş etil spirti və digər alkoqollu tinkturalar |
3. | 2208 90 910 0 | Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litr və ya daha az olan |
4. | 2208 90 990 0 | Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litrdən çox olan |
5. | Qrup 30-dan | Əczaçılıq məhsulları (pərakəndə satış üçün formalarda və ya qablaşmalara qablaşdırıl-mayan tənzif və tənzif məmulatları, habelə 3001, 3006 mal mövqelərində və 3005 90 100 0 alt yarımmövqeyində təsnifləşdirilənlər istisna olmaqla) |
6. | 3808 94-dən | Dezinfeksiyaedici vasitələr |
7. | 3822 00 000 0-dan | Koronavirus (COVID-19) infeksiyasının müəyyən edilməsi üçün testlər |
8. | 3926 20-dən | Baxillər |
9. | 4015 19-dan | Steril və qeyri-steril əlcəklər |
10. | 5603-dən | Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların və respiratorların, tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlərin (kombinezonların) istehsalında istifadə olunan parçalar |
11. | 6210 10-dan | Tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar) |
12. | 6307 90-dan | Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) respiratorlar, tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar) |
13. | 9004 90-dan | Tibbi personalın istifadəsi üçün hermetik qoruyucu eynəklər |
14. | 9019 20 000 0 | Ozon, oksigen və aerozol terapiyası, süni tənəffüs aparatı və ya digər terapevtik tənəffüs aparatı |
15. | 9025 19-dan | İnsan hərarətinin təmassız ölçülməsi üçün elektron portativ termometrlər |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
1 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
1 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
1 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)






.jpg)








