Azərbaycan elektron kommersiya bazarında inqilabi layihə
Cəmi 3 dəqiqəyə ödənişlərin onlayn qəbulunu heç bir banka getmədən təmin etmək olar.
Azərbaycanda texnoloji həllər istiqamətində fəaliyyət göstərən “Global İnnovations” MMC şirkəti, elektron xidmətlərin inkişafı və bizneslər üçün avtomatlaşdırılmış sistemlərin hazırlanması ilə məşğul olur.
Şirkətin yeni Wish.az layihəsi, Azərbaycanda kiçik və orta sahibkarların fəaliyyətlərinə dəstək olmağa yönəlib.
Belə ki, artıq evdən çıxmadan, hər bir sahibkar və hüquqi şəxs, xidmətlərini və ya satışlarını elektron kommersiyaya qoşa bilər. Cəmi 3 dəqiqə ərzində, qeydiyyatdan keçərək, istənilən bankın kartı ilə ödənişləri qəbul etmək mümkündür.
Sistem tam olaraq avtomatlaşdırılıb və bank kartları üzərində qurulub. Qeydiyyat zamanı əlavə edilən karta, müvafiq xidmətlərin ödənişini almaq mümkündür.
Wish.az platformasl vasitəsi ilə hər növ mağazalar, restoran və kafelər, xidmət göstərən müəssisələr, kuryer şirkətləri, taksilər, tərdis mərkəzləri və digər bizneslər, ödənişləri online şəkildə qəbul edə bilər.
Əsas üstünlüklər nədir?
1. Qısa zaman ərzində qeydiyyat və ecommerce aktivləşdirilməsi.
2. Şəxsi kabinetdə ödənişlər haqqında ətraflı məlumat və hesabatlıq. (Ödəniş kim təfədindən, nə vaxt, nəyə görə edilib; xidmətin və ya malın adını,təsvirini və kodunu qeyd etmək imkanı və s.) Platformada baxış və eksport faylında yükləmə imkanı
3. İstənilən kartın əlavə olunması və toplanan məbləğin karta platforma vasitəsi ilə köçürülməsi.
4. Əlavə edilən kartlar limitsizdir, istənilən an vəsaitin alınması üçün qeyd olunan kartı dəyişmək olar.
5. Təhlükəsizliyin qorunması. Təhlükəsizlik standartlarına uyğunluq. 3D Secure (Verified by VISA və MasterCard SecureCode) və SSL sertifikat (GeoTrust)
6. İstənilən biznes layihəni əlavə edərək kraudfandinq imkanlarından yararlanmaq və vəsait toplamaq.
7. Məbləğlərin onlaynda kart balansına köçürülməsi.
8. Şirkətlər üçün əlavə digital marketing istiqamətində və sosial şəbəkələrdə bizneslərini inkişaf etdirmək üçün dəstək.
Qeyd etmək lazımdır ki, bu layihə elektron kommersiya ilə bərabər, özündə bir neçə digər elektron xidmətləri birləşdirir. Azərbaycanda ilk avtomatlaşdırılmış kraudfandinq sistemi məhz bu platformada qurulub və uğurla fəaliyyət göstərir.
Wish.az platformasında, xeyriyyə, biznes və fərdi layihələr yerləşdirmək, sponsorlar, investorlar tapmaq və ianələr toplamaq mümkündür.
Platformanın digər xidməti ilə, məşhur insanlar, influencerlər, freelancerlər üçün vəsaitlərin online şəkildə qəbul etmək, şəxsi profil yaratmaq, göstərilən xidmətlər haqqında ətraflı məlumat yerləşdirmək mümkündür.
“Global İnnovations” MMC şirkəti, bu platformanın imkanlarını genişləndirərək, kiçik və orta sahibkarlara dəstək olmaq üçün bir çox yeniliklər hazırlamağı planlaşdırır.
Elektron kommersiya xidməti, PAŞA Bank ASC ilə birlikdə hazırlanıb və B2B inteqrasiya olunub. Bankın təqdim etdiyi elektron kommersiya xidmətləri, bazarda yeni imkanları yaradacaq və bizneslərə dəstək olacaq.
Rəsmi sayt - https://wish.az/
Email: - [email protected]
Əlaqə nömrəsi – 070 242 99 66
Facebook - https://www.facebook.com/wishaze/
Twitter - https://twitter.com/wish_aze
Instagram - https://www.instagram.com/wish.aze/
Linkedin - https://www.linkedin.com/showcase/wishaz/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 12 saat sonra
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Azərbaycanda "MAN" elektrik avtobuslarının yığılmasına 2026-cı ildə başlanacaq
-
2 saat əvvəl
Əlaçılar və onların müəllimləri Azərbaycan şirkətindən hədiyyələr qazanacaqlar
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
-
5 saat əvvəl
Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
-
6 saat əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
6 saat əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"

Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
Ən çox oxunanlar

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
