Azərbaycanda bəzi peşələr üçün – YENİ GƏLİR İMKANI – İLK DƏFƏ
Yaxın vaxtlarda Azərbaycanda bəzi peşə sahibləri əsas işləri ilə yanaşı, əlavə gəlir əldə etmək imkanı da qazanacaqlar.
Aqrar Sığorta Fondunun məlumatına görə, bu - ölkədə ilk dəfə olaraq Aqrar sığorta mexanizminin tətbiqi ilə bağlıdır.
Azərbaycanda aqrar sığortanın tətbiqi ilə əlaqədar olaraq bu sahədə müstəqil ekspertlər institutu yaradılır. Müstəqil ekspert – kənd təsərrüfatı sığortasında riskləri və zərərləri qiymətləndirən, habelə sığorta hadisələrini araşdıran fiziki şəxsdir.
Ölkə qanunvericiliyinə görə, aqrar sığorta müqaviləsi bağlanarkən riskləri və hadisə baş verdikdə dəymiş zərəri müstəqil ekspertlər qiymətləndirəcəklər. Bu – ödənişli xidmətdir və həmin xidmətlərin həyata keçirilməsi üçün müstəqil ekspertlərə müvafiq xidmət haqqı ödəniləcək.
Aqrar sığorta üzrə müstəqil ekspert fəaliyyəti kifayət qədər gəlirli sahədir. Analoji aqrar sığorta sisteminin tətbiq edildiyi Türkiyədə müstəqil sığorta ekspertlərinin aylıq gəliri 10-12 min türk lirəsi ətrafında dəyişir. Bundan başqa, Türkiyədə müstəqil ekspertlər xidmət haqqı ilə yanaşı, avtomobil yanacağı ilə də təmin olunurlar. Oxşar sistemin Azərbaycanda da tətbiq ediləcəyi nəzərdə tutulur.
Nazirlər Kabinetinin müvafiq qərarına görə (Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi haqqında) aqrar sığorta üzrə müstəqil ekspert statusu almaq istəyən şəxslər aqronomluq, bağçılıq və tərəvəzçilik və bitki mühafizəsi; baytarlıq, baytarlıq təbabəti, zootexniklik və zoomühəndislik; eləcə də balıqçılıq və su bioehtiyatları və akvakultura üzrə ali və ya orta ixtisas təhsilinə malik olmalıdırlar.
Başqa sözlə, hazırda dövlət və özəl sektorda çalışan baytarlar, aqronomlar, balıqçılıq və oxşar ixtisaslara sahib olan şəxslər, eləcə də sözügedən ixtisaslar üzrə universitet və kollec məzunları müstəqil ekspert statusu ala bilərlər.
Belə ixtisaslara malik olan şəxslər aqrar sığorta üzrə müstəqil ekspert statusu almaq üçün müvafiq imtahan verərək sertifikat almalı və reyestrə daxil edilməlidirlər.
Müstəqil ekspert statusu almaq istəyən şəxslər üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən imtahan təşkil ediləcək. Artıq Dövlət İmtahan Mərkəzi (DİM) namizədlərin imtahanlara səmərəli hazırlaşmasını təmin etmək məqsədilə imtahanın birinci mərhələsinin proqramlarını təqdim edib. Proqramlarla
(http://dim.gov.az/upload/iblock/c44/c448ea7aa51b5cd082690f94896cb47b.pdf) linki vasitəsilə tanış olmaq olar.
İmtahan iki mərhələdən ibarətdir. İmtahanın birinci mərhələsi sığorta və kənd təsərrüfatı sahəsi üzrə qanunvericiliyi, ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılmasına aid sualları, o cümlədən sertifikat növlərinə uyğun olaraq müvafiq sahədə ixtisas suallarını əhatə edir.
İmtahanın birinci mərhələsindən müvəffəqiyyətlə keçən şəxslər Aqrar Sığorta Fondu tərəfindən təşkil edilən təlimlərə cəlb olunurlar. Təlimlər bitdikdən sonra imtahanın ikinci mərhələsi keçirilir. İmtahanın ikinci mərhələsi təlim proqramına dair sualları əhatə edir.
İmtahanın hər bir mərhələsi üzrə toplanması mümkün ümumi (maksimal) bal 120 baldır və imtahanın birinci mərhələsi üzrə 60 faiz, ikinci mərhələsi üzrə isə 70 faiz nəticə əldə etmiş şəxs imtahanı müvəffəqiyyətlə keçmiş hesab olunur. İmtahanın hər bir mərhələsinin davametmə müddəti 3 saatdır.
İmtahan aşağıdakı növ sertifikatların verilməsi üçün təşkil olunur:
- Kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının (çoxillik əkmələr də daxil olmaqla) sığortası üzrə müstəqil ekspert sertifikatı;
- Kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı;
- Akvakultura məhsullarının sığortası üzrə müstəqil ekspert sertifikatı.
İmtahanlarda iştirak etmək istəyən namizədlər “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2020-ci il 23 mart tarixli 106 nömrəli Qərarı ilə yaxından tanış olmaları məqsədəuyğundur.
Xatırladaq ki, imtahan Nazirlər Kabinetinin 2020-ci il 23 mart tarixli 106 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”na əsasən keçirilir. İmtahan nəticəsində sertifikatlar Dövlət İmtahan Mərkəzi tərəfindən verilir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
4 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
4 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
9 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 15 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb


























