Konstitusiya Məhkəməsi bloklanmış əmanətlər ilə bağlı iclas keçirib, pozitiv qərar gözlənilir
“Yaxın bir həftə, 10 gün ərzində bloklanmış əmanətlərlə bağlı qərar açıqlanacaq”İyul ayının 28-də Konstitusiya Məhkəməsi lisenziyası ləğv edilmiş banklarda ADİF-in blok qoyuduğu əmanətlər ilə bağlı iclası keçirilib.
Marja-nın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirb.
O qeyd edib ki, NBC Bank, AG Bank və ATA Bank qadağa olsa da əhalidən əmanət qəbul ediblər:
“Burada əhalinin heç bir günahı yoxdur. Bank sahibləri təqsirkardır və vətəndaşların hüquqları bərpa olunmalıdır. Biz əhalinin hüquqlarının bərpa edilməsini Konstitusiya Məhkəməsinə əsaslandırdıq. İyulun 28-də məhkəmə olub, ən geci yaxın 7-10 iş günü ərzində məhkəmə yekun qərarını açıqlayacaq. Biz çox pozitiv qərar olacağını gözləyirik. Əhalidən xahiş edirəm ki, təmkinli olsunlar, tezliklə pozitiv qərar ilə tanış olacağıq və 1300-dən çox əmanətçinin 62 milyon manat əmanətinə çıxışını təmin edəcəyik”.
E. Rüstəmov bildirib ki, “AtaBank”da baş verənlər nəzarət hüquqları Mərkəzi Bankda olmayan dövrdə baş verib: “Maliyyə Bazarlarına Nəzarət Palatası ilə Mərkəzi Bank birləşəndən sonra isə ilk növbədə “NBCBank”ın kapitalı diqqətimizi cəlb etdi. Gördük ki, bank zəifdir, hesabatları verdiyi kapitalların səviyyəsinə görə həqiqətə uyğun deyil. Yoxlama zamanı da məlum oldu ki, təsis tədbirinə baxmayaraq, bank əmanətləri qəbul etməkdə davam edir. Görünür ki, bankın maliyyə vəziyyətinə görə likvidlik problemi olub, lakin bunu tam şəkildə hesabatlardan gizlədib”.
E. Rüstəmovun sözlərinə görə, bundan sonra əmanətlərin qəbulunu qadağan ediblər: “Lakin növbəti yoxlamada məlum oldu iki, proses davam edir. Bankın lisenziyası geri çağırılanda bu faktor da mühüm rol oynadı. Bu o deməkdir ki, bank requlyatorun, yəni dövlətin tələblərinə cavab vermir, bundan imtina edir və çox riskli əməliyyatlar aparır, bütövlükdə əhalini, maliyyə xidməti göstərdiyi insanları aldadır. Bu, olduqca ciddi pozuntudur. Təbii ki, lisenziya geri alınarkən bu, nəzərə alındı”.
E. Rüstəmov “AGBank”da isə situasiyanın daha mürəkkəb olduğunu qeyd edib: “Burada bütövlükdə qorunan əmanətlərin səviyyəsi limitdən əhəmiyyətli dərəcədə aşağıdır. Amma bütövlükdə müəyyən qorunan əmanətlər formasında digər əmanət formasını elə qəbul edirlər, əhali ilə bağladıqları müqaviləyə elə şərtlər qoyurlar ki, faktiki olaraq bu, qorunan əmanət statusu alır. Ancaq bütün hesabat verməni pozaraq, bütövlükdə bunu qorunmayan əmanət kimi nəzərə alırlar və qorunan əmanətin ümumi limiti aşağı görünür. Burada söhbət minlərlə, on minlərlə müqavilədən gedir. Təbii ki, bu proses ancaq konkret yoxlama zamanı ortaya çıxır. Bankların bağlanma prosesində bütövlükdə ADİF tərəfindən hər bir müqavilə inventarlaşdırılır - bu, qorunan əmanətdir, qorunan əmanət deyil. Bu proses zamanı da bildiyimiz problem ortaya çıxdı”.
Xəbər verildiyi kimi, tənzimləyicilərin “Atabank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC” tərəfindən əməliyyatların həyata keçirilməsinin dayandırılmasına dair təshih tədbirlərinin tətbiq olunmasına baxmayaraq, sözügedən banklar tərəfindən əmanətlər qəbul olunub. Həmin vəsaitlər qorunmayan əmanət kimi qeydə alınıb. Bu məsələlərlə əlaqədar sözügedən bankların əmanətçilərinin hüquqi mənafelərinin qorunması və əmanətlər üzrə kompensasiyaların verilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət olunması məqsədilə Əmanətlərin Sığortalanması Fondu tərəfindən Nazirlər Kabinetinə məktub ünvanlanıb.
Aprel-may aylarında AMB kapital problemi ilə üzləşmiş və ödəmə qabiliyyəti aşağı olan 4 bankın – “AtaBank”, “Amrahbank”, “AGBank” və “NBCBank”ın lisenziyalarının ləğv edilməsi barədə qərar qəbul edib. Bu banklar müflis elan edilib və onların ləğv edilməsi prosesi başlayıb. Bankların ləğvedicisi ADIF-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
3 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
-
-
3 saat əvvəl
Tramp: “İrana qarşı hərbi əməliyyatın ‘böyük dalğası’ hələ başlamayıb”
-
8 saat əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
9 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
Ən çox oxunanlar
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi




















