Azərbaycanda da içkilər istehsal edən şirkətin reytinqi artırıldı
Azərbaycanda "Coca-Cola" məhsullarının istehsalçısı "Azərbaycan Coca-Cola Bottlers" MMC-nin də bağlı olduğu "Coca-Cola İçecek" (CCI) şirkətinin reytinqi artırılıb.
Marja xəbər verir ki, beynəlxalq kredit reytinqi təşkilatı "Fitch Ratings", "Coca-Cola İçecek" şirlətinin xarici valyutada uzunmüddətli defolt reytinqini 2 pillə artıraraq "sərmayə yatırıla bilər" səviyyəsinə qaldırıb.
"Fitch", "Coca-Cola İçecek"in kredit qeydini "BB"dən "BBB-"ə yüksəldib və kredit reytinqinin proqnozunu "sabit" olaraq müəyyən edib. "BBB-" reytinqi, "Fitch" tərəfindən bir Türkiyə şirkətinə verilən ən yüksək kredit reytinqlərindən biridir.
Proqnoz "mənfi"dən "sabit"ə yüksəldilib.
Fitch, koronavirus səbəbilə şirkətdə yaranacaq azalmanın, "Coca-Cola İçecek"in güclü marka portfeli və qazlı içkilər kateqoriyasındakı sabit və güclü payının dəstəyilə məhdud olacağını nəzərdə tutur.
"Coca-Cola İçecek"in göstərdiyi güclü performansa işarə edən Fitch, şirkətin reytinqlətinin, fəaliyyət göstərdiyi bazarlardakı dəyişən və çətin şərtlərdən orta dərəcədə təsirləndiyini əks etdirdiyini qeyd edib.
"Coca-Cola İçecek A.Ş. (CCI)" "The Coca-Cola Company (TCCC)" markalarından ibarət olan qazlı və qazsız içkilərin istehsalı və satışını həyata keçirir. CCI Türkiyə, Pakistan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkmənistan, İordaniya, İraq, Suriya və Tacikistanda fəaliyyət göstərir. "Azərbaycan Coca-Cola Bottlers" MMC "Coca-Cola İçecek A.Ş. (CCI) şirkətinə bağlıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
23 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 25 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub






















