Ən yuxarı (mobil)-2_30

Rusiya banklarının xalis mənfəəti rekord aşağı səviyyəyə geriləyib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya banklarının xalis mənfəəti rekord aşağı səviyyəyə geriləyib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina video konfrans yolu ilə Rusiya parlamentinin aşağı palatası Dumada iqtisadiyyatdakı proseslərə dair məlumatlar verib.

Marja xəbər verir ki, Nabiullina, "Kovid-19 iqtisadiyyat və maliyyə sisteminə mənfi təsir etdi. Gələcəyə artıq daha optimist baxırıq, çünki məhdudlaşdırmalar ləğv edilir və ticarət təkrar başlayır. Ancaq təxminlərimizə görə iqtisadiyyatın yığışması üçün bir neçə rüb tələb olunur" deyib.

Reklam_3_11

Rusiyanın bank sektorunda da Kovid-19-un təsirlərinin hiss edildiyini vurğulayan Nabiullina, "Rusiya banklarının xalis mənfəəti bu ilin ilk beş ayında 561 milyard rubl səviyyəsindədir. Ancaq bu mənfəətin çoxu ilk üç ayda reallaşıb. Kovid-19 ilə əlaqədar olaraq bank sektorunun xalis mənfəəti mayda rekord aşağı səviyyəyə - 500 milyon rubla geriləyib" ifadələrini istifadə edib.

Nabiullina, ölkədə inflyasiyanın gözlənilən səviyyədə davam etməsi səbəbilə faizi daha da endirmək üçün sahə olduğunu sözlərinə əlavə edib.

10.06.2020 16:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18