Adını dəyişmək də Azərbaycan bankına kömək etmədi – BÖYÜK ZƏRƏR İÇİNDƏDİR
Azərbaycan əsilli milyarder, “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərovun Azərbaycandakı bankı yenidən böyük məbləğdə zərər açıqladıÖtən il “Nikoyl Bank” rebrendinq edərək adını “Yelo Bank”a dəyşdi. Rebrendinqin məqsədlərdən biri də müxtəlif dələduzluq əməliyyatları və böyük zərərlər ilə xatırlanan “Nikoyl Bank” adından xilas olmaq idi. Marja xəbər verir ki, Bank yeni adı ilə də zərər etməkdədir.
“Yelo Bank” 2020-ci ilin 1-ci rübünü 6 milyon 255 min manat zərər ilə başa vurub.
GƏLİRLƏRİ XƏRCLƏRİNİ ÖDƏMİR
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-mart dövründə “Yelo Bank”ın cəmi əməliyyat gəlirləri 14 milyon 787 min manat, cəmi əməliyyat xərcləri 15 milyon 368 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən Bankın 581 min manat əməliyyat zərəri yaranıb. “Yelo Bank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 5 milyon 674 min manat ayırdığından zərər 6 milyon 255 min manata yüksəlib.
Xatırladaq ki, 2019-cu ilin yanvar-mart dövründə “Yelo Bank”ın cəmi əməliyyat gəlirləri 19 milyon 219 min manat, cəmi əməliyyat xərcləri isə 10 milyon 95 min manat təşkil etmiş, nəticədə Bankın 9 milyon 125 min manat əməliyyat mənfəəti yaranmışdı. Əməliyyat mənfəətinin 6 milyon 99 min manatı ehtiyatlara ayrıldığından Bank ilk rübü 3 milyon 26 min manat xalis mənfəət ilə başa vurmuşdu.
GƏLİRLƏRİ AZALIB
2019-cu ilin ilk rübü ilə müqayisədə “Yelo Bank”ın faiz gəlirləri 22,4% azalaraq 13 milyon 954 min manata, qeyri-faiz gəlirləri isə 32,4% azalaraq 833 min manata düşüb.
BANK KİÇİLİB
31 Mart 2020-ci il tarixində “Yelo Bank” 471 milyon 555 min manat cəmi aktivlərə malik olub, aktivlərin 321 milyon 481 min manatını müştərilərə verilən kreditlər təşkil edib. Qeyd edək ki, ötən ilin sonunda Bankın cəmi aktivləri 484 milyon 727 min manata, müştərilərə verilən kreditlər isə 304 milyon 348 min manata çatmışdı. Mərkəzi Bankda müxbir hesabın kəskin azalması cəmi aktivlərin də azalmasına səbəb olub.
BANKDAN DEPOZİTLƏR GERİ GÖTÜRÜLÜB
İlk 3 ayda “YeloBank”da depozitlər 9 milyon 214 min manat və ya 3% azalaraq 305 milyon 31 min manata geriləyib.
KAPİTALI “ƏRİYİB”
Ötən ilin sonu ilə müqayisədə “Yelo Bank”ın məcmu kapitalı 7 milyon 580 min manat azalaraq 61 milyon 377 min manata düşüb. Kapitalın azalmasının əsas səbəbi ilk rübdə yaranmış zərərdir.
“PANDEMİYA NEQATİV TƏSİR ETDİ”
"Yelo Bank"ın İdarə Heyətinin sədri Nikoloz Şurqaia zərərin pandemiya ilə bağlı olduğuna işarə edib:
"Pandemiya dünyanın bütün ölkələrinin, o cümlədən Azərbaycanın iqtisadiyyatının bütün sahələrinə neqativ təsir etdi. Lakin həllər tapmaq Yelo Bankın dəyərlərindən biridir. Biz tez bir vaxtda yeni iqtisadi reallıqlara adaptasiya olmaq üçün bankın biznesini yenidən qurmağa başladıq. Yelo Bank müştərilərini dəstəkləmək üçün əlindən gələni edəcək. Çətinliklər hər kəsə aiddir və biz qarşılıqlı maraqları qoruyaraq onların öhdəsindən birgə gəlməliyik".
MİLYARDER GƏLİR GÖTÜRMƏDİYİ BANKINA YENİDƏN MAYA QOYACAQ
Tanınmış Azərbaycan əsilli iş adamı, milyarder Vahid Ələkbərov "Yelo Bank" ASC-nin əsas səhmdarıdır. O, son 5 ildə dəfələrlə "Yelo Bank"ın kapitalını artrsa da, bankından gəlir götürə bilmir. "Yelo Bank"ın kapitalının yenidən azalması Vahid Ələkbərovun maliyyə yardımını zəruri edir.
Yeri düşmüşkən, bu gün "Yelo Bank"ın yaydığı məlumatda Bankın İdarə Heyətinin sədri Nikoloz Şurqaia da bildirib ki, “Yelo Bank”ın səhmdarları kapital artımı hazırlayır.
Xatırladaq ki, "Nikoyl Bank" 2018-ci ili 135 milyon 200 min manat zərər ilə başa vurmuş və yığılmış zərəri 285 milyon 440 min manata çatmışdı. Yığılmış zərər Bankın 348 milyon manat nizamnamə kapitalının böyük hissəsini silmişdi. Bank 2019-cu ili cəmi 69 min manat xalis mənfəət ilə başa vurmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 3 saat əvvəl
-
-
3 saat əvvəl
“AS İnşaat” MMC-nin inşa etdiyi Ağalı kəndi “Euronews”un diqqət mərkəzində
- 4 saat əvvəl
-
4 saat əvvəl
ABB-nin yeni istiqrazlarının faizləri məlum oldu - 10 MİLYON MANAT CƏLB EDİR
-
4 saat əvvəl
Səudiyyə Ərəbistanı Hörmüzə alternativ olaraq Qırmızı dənizi qiymətləndirir
- 5 saat əvvəl
-
5 saat əvvəl
Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib - YENİ 7 ÜZV
-
5 saat əvvəl
Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb
-
5 saat əvvəl
“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi
-
5 saat əvvəl
Neftin qiyməti son 1,5 ilin ən yüksək səviyyəsində - 9 %-DƏN ÇOX BAHALAŞDI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Lizinq şirkətinə illik 15%-lə 1 milyon manat pul lazımdır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi
PAŞA Bankdan rəqəmsal depozitdə bayram təklifləri!
Mərkəzi Bank: “Fizza Pay”ın vəzifəli şəxsi məsuliyyətə cəlb olunub
Məhkəmələrə hakimlər təyin edildi - SƏRƏNCAM
"Rusiya qazından asılılığımızı azaltdığımız dövrdə Azərbaycanla tərəfdaşlığımızın vacibliyi yalnız artacaq"
























