14 sığorta şirkətinin öhdəlikləri artıb
"Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 7-nin bu il yanvarın 1-nə öhdəlikləri illik müqayisədə az olub.
Bunlar "Meqa Sığorta", "Atəşgah Sığorta", "Azsığorta", "Azərbaycan Sənaye Sığorta", "Atasığorta", "Qala Həyat Sığorta" və "AXA Mbask" Sığorta Şirkəti ASC-lərdir.
Ən çox azalma "AXA Mbask"da (89,6%), ən az azalma isə "Meqa Sığorta"da (3,1%) qeydə alınıb.
Qalan 14 sığorta şirkətinin isə öhdəlikləri artıb. Ən yüksək dinamika "Xalq Həyat Sığorta" ASC-də (221,7 dəfə), ən aşağı dinamika isə "Atəşgah Həyat Sığorta" ASC-də (8,6%) qeydə alınıb.
5 sığorta şirkətinin öhdəlikləri 30 milyon manatdan çoxdur
"Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 5-nin bu il yanvarın 1-nə öhdəlikləri 30 milyon manatdan çox olub.
Bunlar "PAŞA Həyat Sığorta" (327,208 milyon manat), "PAŞA Sığorta" (116,66 milyon manat), "Atəşgah Həyat Sığorta" (76,613 milyon manat), "İpək Yolu Sığorta" (47,762 milyon manat) və "Xalq Sığorta" (30,593 milyon manat) ASC-lərdir.
Qalan 16 sığorta şirkətindən 9-nun öhdəlikləri 10-30 milyon manat arasında, 7 şirkətin öhdəlikləri isə 10 milyon manatdan azdır.
©️ Renkinq
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 4 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
9 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
9 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib
























