Manat daha da güclənə bilər?
BİLETİ EVİNİZDƏN VƏ İŞİNİZDƏN AYRILMADAN ALIN – WWW.SAFAR.AZ
Son 2 ayda Dollar Manat qarşısında dəyərdən düşür. Bu ilin 1 Fevral tarixində 1.92 manat səviyyəsinə çıxmış Dollar/Manat rəsmi məzənnəsi bu gün 1.7031 manata düşüb. Banklar artıq dolları 1.65 manata satırlar. Bəs Manat daha da güclənə bilər?
“Marja” xəbər verir ki, son trendlər Manatın xeyrinədir. Müsbət meyllər aşağıdakılardır:
- Bu ilin üç ayında ticarət dövriyyəsi 15 faiz artıb, ixrac idxalı üstələyib və 1 milyard dollar ətrafında müsbət saldo yaranıb. İxrac təxminən 50 faiz, qeyri-neft ixracımız təqribən 10 faiz ətrafında artmışdır, idxal isə 17 faiz azalmışdır.
-2016-cı ildə 2015-ci illə müqayisədə tədiyyə balansının kəsiri 21 dəfə azalaraq 539.2 milyon dollara düşüb. Bu il tədiyyə balansıda profisit yarana bilər.
- Neft qiymətləri 50 dolların üzərində qalır. İlin ortalarında Brent neftinin barelinin qiymətinin 60 dollara qalxacağı gözlənilir.
-Bu ilin 3 ayı ərzində valyuta ehtiyatlarımız 1 milyard dollar səviyyəsində artaraq 38,5 milyard dollara çatıb. Mərkəzi Bankın da valyuta ehtiyatları artır.
-Mərkəzi Bankın sərt pul siyasəti təsirli olub. Depozit hərracları və notların emissiyası yolu ilə dövriyyədəki Manat kütləsi azaldılıb.
-Əhalinin ehtiyatında 2015-ci ildə olduğu qədər dollar alışına yönəldə biləcəyi vəsait yoxdur. Dolların 2 manat səviyyəsini keçə bilməməsi Dolların 2.40-2.60 manat olacağı barədə gözləntiləri azaldıb.
- Bu ilin ilk rübündə iqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz artıb.
-Ölkəmizə turist axını artıb, bu da bazara valyutanın daxil olması deməkdir. Bu ilin birinci rübündə turistlərin ölkəmizə səfərləri 25 faiz artmışdır.
-Bank sektoru sabitləşib.
Bütün bu müsbət meyllərin daha da güclənəcəyi, digər iqtisadi proseslərin də Manatın xeyrinə inkişaf edəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 14 d. əvvəl
-
-
57 d. əvvəl
Gələcəyə böyük addım: Payonix BOKT-un aktivləri və gəlirləri sürətlə artır!
- 1 saat əvvəl
-
1 saat əvvəl
İşdən qanunsuz çıxarılmış 53 nəfər isə əvvəlki işlərinə bərpa etdirilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
- 3 saat əvvəl
-
3 saat əvvəl
AccessBank müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamlayıb
-
4 saat əvvəl
Tramp İranın ali lideri ilə “razılaşma əldə etmək üçün” görüşə biləcəyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
“Korgöz-Tikinti-Material”nın zərəri azalıb
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Rəsmi məzənnələr açıqlandı
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir





















