Azərbaycanın şokolad idxalı ixracını 15 dəfə üstələyib
Azərbaycan 2019-cu ildə 45 milyon 888 min dollar məbləğində şokolad idxal edib. Bu barədə hökumətdən məlumat verilib.
"2019-cu ildə Azərbaycan 45 milyon 888 min dollar dəyərində 17 min 765 ton şokolad idxal edib. 2018-ci illə müqayisədə idxalın həcmi miqdar ifadəsində 6,6%, dəyər ifadəsində 13,3% artıb", - deyə məlumatda bildirilir.
Azərbaycana şokoladın əsas tədarükçüsü Rusiya olub. Ötən il RF-dən 29 milyon 461 min dollar dəyərində (artım 17,5%) 12 min 643 ton (artım 12,3%) şokolad idxal edilib. 2019-cu ildə Azərbaycana şokolad idxalının 71,2%-i RF-nin payına düşüb.
Azərbaycana şokoladın digər iri tədarükçüsü isə Ukrayna olub. 2019-cu ildə bu ölkədən 4 milyon 369,5 min dollar dəyərində 2 min 312 ton məhsul idxal edilib.
Eyni zamanda, Azərbaycan ötən il 5 milyon 277 min dollar dəyərində (artım 46,5%) 2 min 490 ton (artım 48,5%) şokolad ixrac edib. Rusiyaya 2 milyon 919 min dollar məbləğində (artım 48,7%) 1341 ton (artım 46,44%) şokolad ixrac edilib.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)
.jpg)







.jpg)






