Dövlət şirkəti yerli və xarici banklardan borc almağı düşünür
“Aparılan kəşfiyyat işləri nəticəsində “AzerGold”un əlvan metal ehtiyatları beynəlxalq standarta əsasən 20 dəfədən çox artırılıb”.
Marja-nın məlumatına görə, bunu “AzerGold” QSC-də 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə dair mətbuat konfransında Cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.
“Yəni qazma işlərinin nəticəsi müsbətdir, ehtiyatlarımız 20 dəfədən çox artırılıb. Həmin ehtiyatların hasil edilərək ixrac edilməsi ölkə iqtisadiyyatına milyardlarla manat vəsaitin daxil olması deməkdir. İri layihələrin icrası maliyyə vəsaiti tələb edir ki, biz bu məqsədlə həm yerli, həm də beynəlxalq maliyyə institutlarından maliyyənin cəlb edilməsini düşünürük. Eyni zamanda, Şirkətin ilkin 2 milyon manatlıq nizamnamə kapitalı 37 milyon manata çatdırılıb”, Şirkətin sədri deyib.
Qeyd edək ki, hazırda “AzerGold” Daşkəsəndə “Çovdar” yatağında qızıl və gümüş hasilatı ilə məşğuldur. Şirkət 2021-ci ildə Daşəsəndəki “Ağyoxuş”və “Mərəh”, Göygöldəki “Tulalar” sahələrində, 2025-ci ildə isə Balakəndəki “Filizçay” sahəsində hasilata başlamağı planlaşdırır.
Dövlətə məxsus "AzerGold" son 3 ildə qızıl və gümüş satışından 400 milyon manata yaxın gəlir əldə edib. Bu illər ərzində dövlət büdcəsinə 30,6 milyon manatdan artıq məbləğdə vergi və rüsumlar ödənilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 d. əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
-
8 d. əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
- 10 d. əvvəl
- 35 d. əvvəl
-
53 d. əvvəl
İran: Düşmən yaxın günlərdə müharibəni dayandırmaq məcburiyyətində qalacaq
-
56 d. əvvəl
İran böhranı davam edərkən Trampdan neft qiymətləri ilə bağlı proqnoz
- 1 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
“AS İnşaat” MMC-nin inşa etdiyi Ağalı kəndi “Euronews”un diqqət mərkəzində
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Prior Leasing"in xalis mənfəəti artıb
Lizinq şirkətinə illik 15%-lə 1 milyon manat pul lazımdır
Ən çox oxunanlar
İran qida məhsullarının ixracını qadağan edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





























