Yeni parlament haqqında 16 fakt
125 deputatdan 82-si, yəni 65.6%-i bundan öncə seçilmiş deputatlardır
Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb.
"Marja" ilkin nəticələrə əsasən araşdırma aparıb və 16 maraqlı fakt müəyyən edib.
1. Yeni parlament 5 yaş cavanlaşdı. Orta yaş 59-dan 54-də düşdü.
2. 4 nəfər deputat yerdəyişmə etdi:
1) Həsənquliyev Qüdrət Müzəffər oğlu 7 saylı Ordubad-Culfa dairəsindən 36 saylı Xətai 6-cı dairəsinə,
2) Zabelin Mixail Yuriyeviç 12 saylı Qaradağ Binəqədi Yasamal dairətsindən 34 saylı Xətai 2-ci dairəsinə
3) Seyidov Səməd İsmayıl oğlu 36 saylı Xətai 4-cü dairəsindən 107 saylı Qazax dairəsinə
4) Nəsirov Elman Xudam oğlu isə 89 saylı Göyçay – Ağdaş dairəsindən 68 saylı əlilabad qəsəbə dairəsinə
3. 43 deputat növbəti dəfə deputat olmadı. Onların heç biri seçkidə namizəd kimi iştirak etmirdi:

4. 125 deputatdan 82-si, yəni 65.6%-i bundan öncə seçilmiş deputatlardır. Yəni Milli Məclis 34,4% yenilənir.
5. Seçilmiş ən gənc deputat Lökbatan bələdiyyəsinin Sədr müavini Xasayeva Səbinə Səməd qızıdır. Onun 26 yaşı var. Qeyd edək ki, onun seçildiyi, əvvəllər Zabelin Mixail Yureviçin deputat olduğu 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsində əsas rəqibi iqtisadçı Natiq Cəfərli idi.
6. Yeni seçilmiş deputatlardan 3-ü işsiz idi.
7. Onlardan yanlız 6-sı özəl təşkilatlarda çalışırdı.
8. Yerdə qalan 34 deputat dövlət və ya qeyri-dövlət təşkilatlarında çalışıblar.
9. Yeni seçilmiş deputatlardan 8-i və ya 18%-i qadındır. Buna baxmayaraq Milli Məclisin qadın təmsilçilərinin sayı 21-dən 17-yə endi. Yeni parlamentin yanlız 13.6%-i qadın təmsilçilərdir.
10. Yeni Azərbaycan Partiyasının üzvü olan deputatların sayı 74-dən 72-yə endi.
11. Bitərəflərin sayı 39-dan 43-ə qalxdı.
12. Parlamentdə təmsil olunan partiyaların sayı 12-dən 9-a endi. Beləliklə, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası və Milli Dirçəliş Hərəkatı Partiyası yeni parlamentdə təmsil olunmurlar.
13. YAP-dan sonra parlamentdə ən çox təmsil olunan partiya 3 deputat ilə Vətəndaş Həmrəyliyi Partiyasıdır. Onun Sədri Sabir Rüstəmxanlı bundan əvvəlki Milli Məclisin tərkibində yox idi.
14. Trend İnformasiya Agentliyi MMC-nin iki direktor müavini, Mikayılova Sevil Əlirazı qızı və Nağıyev Arzu Nəsib oğlu deputat seçiliblər.
15. Yeni Parlamentin 28 deputatı və ya 22.4%-inin yaşı 65 və ya daha yuxarıdır. 7 nəfər və ya 5.6%-i isə 35 və ya daha az yaşlıdır. Parlamentin ən qoca və ən cavan deputatı arasında 56 yaş fərq vardır.
16. Öncəki parlamentdə 48 deputat və ya 38.4% deputatların yaşı 65 və daha yuxarı idi. Yanlız 2 nəfərin 35 və daha az yaşı var idi. Onlardan ən cavanının 34 yaşı var idi və beləliklə ən qoca və ən cavan deputatlar arasındakı yaş fərqi 50 il idi.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 40 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)



.jpg)








.jpg)


