"Yaranmış boşluqdan yararlana bilərik”
Çində yayılan koronavirus təhlükəsi Azərbaycanın ixrac potensialını stimullaşdıracaq.
Bu barədə danışan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib ki, Azərbaycan Rusiya bazarının pomidor təchizatında birinci yerdədir:
“İkinci Mərakeş, üçüncü Çindir. Biz Rusiyaya illik 190 milyon dollarlıq pomidor ixrac edirik. Çinin ixrac potensialı isə 100 milyon dollarlıq idi. Şübhəsiz ki, Çin təchizatçılarının Rusiya bazarından geri çəkilməsi bizim ixracatçılarımız üçün yeni imkan yaradır. Ona görə də bizim pomidor ixracatçılarımızın Rusiya üçün pomidor ixrac imkanları genişlənir. Bu, təkcə pomidor üçün deyil, digər tərəvəzlərə də aiddir. Biz lazımi səviyyədə soğan, sarımsaq istehsalını artıra bilsək, yaranmış boşluqdan yararlana bilərik”.
Nazirlik rəsmisi bildirib ki, Çin məhsullarının geri çəkilməsi istənilən halda ixracı artıracaq:
“Amma bir məsələ var ki, kənd təsərrüfatında hansısa məhsulun istehsalını kəskin artırmaq çətindir. Doğrudur, istixana şəraitində yetişdirilən tərəvəz sənaye üsullu olduğuna görə, yetişməni artıra biləcəklər. Amma çox kəskin olmaya da bilər. Sadəcə ixracın müddəti uzana bilər. İstixanaların iş istehsalının təşkili ilə bağlı işlərə payızdan başlanılır. Adətən Rusiyanın özündə məhsul yetişəndə, bizdə ixrac zəifləyirdi. Ona görə də ixrac müddəti artırlacaq. Ümumilikdə istənilən halda ixrac artımı olacaq. Çünki söhbət 100-130 min tonluq Çin məhsulunun aradan qalxmasından gedir”.
Qeyd edək ki, koronavirus təhlükəsi səbəbilə Rusiyanın Çinlə sərhədi bağlandığına görə, bazarlarda meyvə-tərəvəz qiymətləri kəskin bahalaşıb. Azərbaycandan Rusiyaya ixrac edilən xiyarın 1 kiloqramı 400 rubl (10,7 manat), pomidorun qiyməti isə 700 rubla (18,7 manat) çatıb.
© "Modern"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)







.jpg)







