Damazlıq heyvan idxalçılarına xəbərdarlıq
Yalnız epizootik vəziyyəti stabil olan ölkələrdən damazlıq heyvanların alınmasına maliyyə dəstəyi göstəriləcək.
Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin birgə məlumatında bildirilir ki, son illər damazlıq heyvandarlığa marağın yüksəlməsi bu sahədə, xüsusilə idxal prosesi zamanı bir sıra prosedurlara ciddi əməl olunması zərurətini meydana çıxarıb. İdxal edilən heyvanların damazlıq keyfiyyətlərinin respublikamızın damazlıq strategiyasına uyğunluğu və heyvanların idxal olunduğu ölkə və zonaların xəstəlikdən azad olması ən vacib şərtlərdəndir.
Eyni zamanda, heyvanların cins tərkibinin yaxşılaşdırılması ölkədə təkcə heyvanların sayını deyil, həm də yüksək məhsuldarlığa malik heyvan cinslərini artırmaqla məhsul istehsalının yüksəldilməsinə nail olmağı nəzərdə tutur. Buna görə də yüksək sinifli, nəsil şəcərəsi bilinən və məhsuldar cinslər yetişdirilən Avropa ölkələrindən (Almaniya, Avstriya, Fransa, Hollandiya, İtaliya, Norveç, İsveç, Danimarka, Böyük Britaniya) damazlıq heyvan idxalı məqbul hesab olunur. Ona görə də postsovet ölkələrinin epizootik durumunun stabil olmadığını və heyvanların damazlıq göstəricilərinin identifikasiya sistemi üzərindən tam izlənilmədiyini nəzərə alaraq, Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən yalnız epizootik vəziyyəti stabil olan ölkələrdən damazlıq heyvanların alınmasına maliyyə dəstəyi göstəriləcək.
İdxal edilən heyvanın müəyyən edilən tələblərə uyğunluğunu təsdiq etmək üçün idxalçı fermer və ya sahibkarlar tərəfindən heyvanların yetişdirildiyi damazlıq təsərrüfatı haqqında zəruri məlumatlar - heyvanların damazlıq sertifikatı, doğulduğu və yetişdirildiyi təsərrüfat, ölkə, bölgə, ünvan məlumatları, təsərrüfatın fəaliyyət növü və tətbiq edilən seleksiya-damazlıq proqramı haqqında göstəricilər Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunmalıdır. Məlumatlar təhlil edildikdən sonra damazlıq heyvanların idxalına münasibət müsbət olduğu halda sahibkar Nazirlikdən verilmiş cavab məktubunu digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə təqdim etməlidir.
İxracatçı ölkənin epizootik vəziyyəti Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) əldə edilmiş məlumatlar əsasında qiymətləndirilir. Bu məlumatlar iki qrupa bölünür: a) təcili bəyan edilən məlumatlar, b) epizootik vəziyyət barədə dövri məlumatlar.
Bu barədə www.oie.int veb səhifəsindən əldə etmək olar.
Sahibkarlıq subyektləri idxal ediləcək damazlıq heyvanlara dair baytarlıq rəyi (icazəsi) almaq üçün idxaldan əvvəl Qida Təhlükəsizliyi Agentliyinə regional bölmələr vasitəsilə, elektron formada aşağıdakı sənədləri təqdim etməlidir;
- Ərizə
- Kənd Təsərrüfatı Nazirliyinin razılıq məktubu
- İxracatçı ilə bağlanmış müqavilənin surəti
- Heyvanların beynəlxalq baytarlıq (sağlamlıq) sertifikatının surəti
- Heyvanların mənşə sertifikatının surəti
Heyvanların daşınma marşrutu üzrə tranzit icazələrinin alınmasına zərurət yarandıqda icazənin alınması üçün Qida Təhlükəsizliyi Agentliyi tərəfindən əvvəlcədən tranzit ölkəyə müraciət olunmalıdır. Tranzit icazə müqavilədə göstərilmiş sayda heyvanlara şamil olunur. Müxtəlif növ heyvanların idxalı üzrə baytarlıq tələblərini Qida Təhlükəsizliyi Agentliyinin www.afsa.gov.az veb səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)









.jpg)







