Səhmdarları "Daimler"i məhkəməyə verdilər
Almaniyanın avtomobil istehsalçısı "Daimler AG"yə 219 böyük korporativ səhmdarı tərəfindən, qəsdli olaraq yanıldıcı emissiya qazı ölçmə proqramı istifadə etməsinin səhm qiymətlərinə mənfi təsir etdiyi səbəbilə təxminən 900 milyon avro dəyərində təzminat işi açılıb.
"Marja" xəbər verir ki, sərmayəçilər, Mercedes-Benz avtomobillərinin istehsalçısı olan "Daimler"i, istifadə etdiyi "qeyri-qanuni" və "yanıldıcı" emissiya ölçmə sisteminin risk və xərcləri haqqında səhmdarlarını məlumatlandırmayaraq sərmayə bazarı qanununu pozmaqla günahlandırırlar.
TILP hüquq firmasından verilən açıqlamada, Şimal Amerika, Asiya, Avstraliya və Avropadan fondlar, banklar və sığorta şirkətlərindən ibarət 219 sərmayəçi adına Stuttqartdakı bölgə məhkəməsində 30 dekabr 2019-cu il tarixində 896 milyon avro məbləğində iddia açıldığı qeyd edilib.
"Daimler"in səhm qiymətinin 10 İyul 2012 - 20 İyun 2018 dövründə 90 avrodan 60 avroya düşdüyü bildirilən açıqlamada, şirkətin sərmayəçiləri lazım olduğu kimi məlumatlandırmamasının "sərmayə bazarı qanununu pozduğu" mənasını verdiyi qeyd edilib.
"Bu sərmayəçilər, "Daimler" səhmini çox yüksək bir qiymətə satın alıblar. Sonra isə ortaya çıxan yanıldıcı proqram istifadəsi şirkətin səhmlərinin dəyərinə mənfi təsir etdi. "Daimler"in zərərin kompensasiyasından məsul olduğunu düşünürük",- TILP hüquq firmasından bildirilib.
"Daimler"dən edilən şərhdə iddianın haqsız olduğu qeyd edilərək, şirkətin bütün hüquqi yollarla özünü müdafiə edəcəyi vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 20 saat əvvəl
-
-
20 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi






.jpg)






.jpg)





