AZAL 11,5 milyon dollarlıq yeni müqavilə bağladı
“Azərbaycan Hava Yolları” “FlightSafety International” şirkətindən “Embraer E-190” tipli təyyarə üçün son nəsil aviasiya trenajoru əldə edir.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindan “Marja”ya daxil olmuş məlumaat görə, trenajor “Azərbaycan Hava Yolları” yanında Milli Aviasiya Akademiyasının Pilotların Hazırlığı Mərkəzində quraşdırılacaq.
Müvafiq sazişi dekabrın 16-da Bakıda Azərbaycan tərəfdən AZAL prezidenti Cahangir Əsgərov və Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayev, “FlightSafety International” tərəfdən isə aviasiya trenajorları xidmətləri üzrə icraçı direktor Con Van Maren və satış üzrə direktor Filipp Delfur imzalamışdırlar.
Müqavilənin ümumi dəyəri 11,5 milyon ABŞ dolları təşkil edir.
"FS1000 Embraer E190-E1 Level D Full Flight Simulator" yeni trenajor kompleksi “Buta Airways” aviaşirkətinin pilotlarının tam təlim və sertifikatlaşdırılması üçün imkan yaradacaq. Sözügedən trenajorun alınması ilə bağlı ilkin razılıq bu ilin noyabr ayında “Dubai Air Show – 2019” sərgisi çərçivəsində əldə edilmişdir.
“Milli Aviasiya Akademiyası Azərbaycanın mülki aviasiyası üçün kadrların hazırlandığı yerdir. Buna görə biz onun maddi-texniki bazanın genişləndirilməsi üzərində daim çalışırıq. MAA-nın rektoru akademik Arif Paşayev ilə birlikdə akademiyanın ərazisində trenajor komleksi üçün nəzərdə tutulmuş və inşası sona çatmaqda olan binanın tikilməsi barədə qərar qəbul etmişdik. “Embraer E-190” və “Boeing 787 Dreamliner” tipli təyyarələr üçün aviasiya trenajorları yerləşdiriləcək. Bugünkü sazişin imzalanması aviasiya sahəsində kadr hazırlığı və peşəkarlıq səviyyəsinin artırılması üçün səylə çalışdığımızın daha bir təsdiqidir", – Cahangir Əsgərov qeyd etmişdir.
Qeyd edək ki, sözügedən trenajorda Azərbaycanın aviaşirkətlərinin pilotları ilə yanaşı xarici aviaşirkətlərin də pilotları təlim keçəcək.
AZAL Pilotların Hazırlığı Mərkəzi 2010-cu ildən fəaliyyət göstərir. Mərkəz nəzəri və praktiki hazırlıq şöbələrindən ibarətdir. Nəzəri tədris şöbəsi hər il 7000-dən çox mülki aviasiya mütəxəssisinin 300-dən çox kvalifikasiyanın artırılması kurslarında iştirakını təmin edir. Təcrübə təlim şöbəsində peşəkar pilot bacarıqlarının əldə edilməsi və dəstəklənməsi üçün çox əhəmiyyətli olan dörd uçuş aviasiya trenajoru fəaliyyət göstərir – “Airbus A319 / 320”, “Boeing 757/767”, “ATR-42/72”, həmçinin “Mi-8AMT” vertolyotu.
““FlightSafety” AZAL-ın bu qabaqcıl aviasiya trenajorunun təchizatçısı kimi bizi seçdiyindən çox qürur duyur. Sözügedən trenajor ən yüksək standart olan “D” səviyyəsinə uyğundur. Bu, AZAL-ın təhlükəsizliyə sadiqliyini və pilotlarına ən yüksək keyfiyyətli və effektiv təlim verməsinin əyani təsdiqidir. Aviaşirkət ilə münasibətlərimizin genişlənməsinə və Azərbaycanda olmağımıza ümid edirik", – Con Van Maren qeyd etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
İlham Əliyev “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib
-
-
2 saat əvvəl
Qlobal şirkət qızıl və gümüş üçün qiymət proqnozlarını yuxarı qaldırıb
-
2 saat əvvəl
Qlobal bank 2027‑ci il üçün neftin qiyməti üzrə proqnozlarını aşağı saldı
-
2 saat əvvəl
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
-
2 saat əvvəl
Unibank maliyyə vəziyyətini açıqladı - AKTİVLƏRİ 2 MİLYARD MANATI KEÇİB
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Tərtərdə hərbi məhsullar istehsal edəcək zavodun açılışı olub
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
Biznes bankçılıqda daha çox rahatlıq – Expressbank
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
Ən çox oxunanlar
2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal
Tərtərdə hərbi məhsullar istehsal edəcək zavodun açılışı olub
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın naziri İsrailin aparıcı heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olub
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
Mercedes yenə BMW-dən geri qaldı
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama






















