Rəqabətə tab gətirməyərək Azərbaycanı tərk etdi
Belçika xammalı əsasında fəaliyyət göstərən Gürcüstanın şokolad istehsalçısı "Rosali Sambar" şirkəti Azərbaycanda rəqabətə davam gətirə bilməyib. "Georgia Online" agentliyi xəbər verir ki, bunu şirkətin meneceri Papuna Dzadzamidze bildirib.
"Son zamanlar biz öz məhsullarımızı Azərbaycana ixrac etməyə başlamışdıq. Ancaq yüksək rəqabət və bizim məhsullara tələbatın olmaması səbəbindən biz bu bazardan getməli olduq", - deyə şirkət rəsmisi bildirib.
O həmçinin Gürcüstanda şokolad biznesinin qeyri-rentabelli olmasından da gileylənib: "Çünki ölkədə şokolad daimi istifadə olunan məhsul deyil. Bunun üçün də ölkədə bu növ biznesi inkişaf etdirmək çox çətindir. Ancaq Avropada bu biznes daim inkişafdadır".
Menecerin sözlərinə görə, şirkətin satışlarına milli valyutanın devalvasiyası da mənfi təsir edib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 3 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 1 saat əvvəl
-
3 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
-
4 saat əvvəl
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- 4 saat əvvəl
-
5 saat əvvəl
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
5 saat əvvəl
Azerconnect Group NVIDIA-nın süni intellektlə bağlı tədbirində iştirak edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Ən çox oxunanlar
PAŞA Bank: 20 min manatadək sifariş verən investorların sifarişlərinin 100 faiz təmin ediləcəyi ehtimalı yüksəkdir
“AzerGold” QSC-də Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
Türkiyənin ən dəyərli 5 brendi açıqlanıb






















