Azərbaycanın investisiya şirkətində yeni təyinatlar
"AzFinance İnvestisiya Şirkəti"nə yeni direktor müavinləri təyin edilib
"AzFinance İnvestisiya Şirkəti" QSC Direktorunun 04 dekabr 2019-cu il tarixli əmrinə əsasən Fərid Məmmədov Şirkətdə Direktor müavini vəzifəsinə təyin edilib.
Fərid Məmmədov 2008-ci ildən maliyyə sektorunda çalışır. "AzFinance İnvestisiya Şirkəti"ndən öncə 6 il ərzində Azərbaycan kapital bazarının qabaqcıl broker təşkilatlarından olan "Çelsi Kapital" şirkətində çalışmışdır.
O, 2014-cü ildə "AzFinance İnvestisiya Şirkəti"nə departament rəhbəri vəzifəsinə təyin edilib. Son 5 ili "AzFinance İnvestisiya Şirkəti"ndə çalışaraq departamentlər qrupunun rəhbəri vəzifəsinədək yüksəlmişdir.
Fərid Məmmədov iqtisadiyyat və idarəetmə ixtisası üzrə bakalavr və magistr dərəcələrinə malikdir.
Həmçinin İnvestisiya şirkətinin direktorunun 04 dekabr 2019-cu il əmrinə əsasən Pərvanə Qasımova da "AzFinance İnvestisiya Şirkəti"nin Direktor müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, hüquqşünaslıq ixtisası üzrə Bakalavr və Magistr ixtisasına malik olan Pərvanə Qasımova 2009-cu ildən kapital bazarı sahəsində çalışır. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində məsləhətçi, aparıcı məsləhətçi, Baş məsləhətçi, sektor müdiri, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında Böyük hüquqşünas vəzifələrində işləyib.
O, 2018-ci ildən etibarən Unicapital İnvestisiya Şirkətində Hüquq departamentinin direktoru, 2019-cu ildən "AzFinance İnvestisiya Şirkəti"nin Hüquq və daxili nəzarət departamentinin rəhbəri vəzifəsini tutub.
Bununla yanaşı, Pərvanə Qasımova Avropa Şurasının Tvinninq layihələri çərçivəsində Avropa Direktivlərinin tələblərinin Azərbaycan qanunvericiliyi ilə əsas uyğunsuzluqlarının müəyyən edilməsi məqsədilə direktivlərin ekspertizasının aparılması və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması məqsədiilə bir sıra layihələrinin hazırlamasında iştirak etmişdir.
Xanım Qasımova Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının, habelə Azərbaycan Respublikası Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Maliyyə Bazarlarının inkişafı və kreditlərinə çatanlığı işçi qrupunun, üzvüdür.
Ailəlidir. 2 övladı var.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 8 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
16 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 16 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım













.jpg)





.jpg)







