"AccessBank" 2020-ci ili ətraf mühitin qorunmasına həsr edəcək
"AccessBank" 2020-ci ili ətraf mühitin qorunmasına həsr edəcəyini elan edir.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, ətraf mühitin qorunması tədbirləri bankın fəaliyyətinin bütün istiqamətlərini əhatə edəcək və “Təbiəti qorumaq təbiətimizdədir!” şüarı altında həyata keçiriləcək.
Bankın yaydığı məlumatda deyilir:
Biznes. "AccessBank"ın biznes fəaliyyətində ətraf mühitin qorunmasına verdiyi önəm daha irimiqyaslı və əhəmiyyətlidir. Beynəlxalq maliyyə institutlarından ibarət bankın səhmdarlarının menecment qarşısında qoyduğu əsas tələblərdən biri də məhz budur. Qürur hissi ilə bildiririk ki, həcmindən və gəlirliliyindən asılı olmayaraq, layihələnin maliyyələşdirilməsi zamanı "AccessBank" ekoloji riskləri, o cümlədən onların minimallaşdırılması istiqamətində müştərinin səylərini qiymətləndirir. Digər tərəfdən, bank biznesin effektivliyinin artırılmasına, enerji sərfiyyatının azaldılmasına, təkrar emala və digər yaşıl texnologiyalara hesablanan layihələrin maliyyələşdirilməsini stimullaşdıracaq. Stimul qismində güzəştli kredit dərəcələri, kreditləşmə müddəti, qrafiki və girovla bağlı daha liberal şərtlər çıxış edə bilər.
Əməliyyat. Bank əməliyyat proseslərini də ətraf mühitin qorunması prizmasından quracaq. "AccessBank" rəhbərliyi tərəfindən qəbul olunan qərara əsasən, iş prosesində kağız və plastikdən istifadə minimuma endiriləcək. Xatırladaq ki, "AccessBank"ın uzun illərdir reallaşdırdığı "Green Access" layihəsi nəticəsində tonlarla kağız və kağız məmulatı təkrar emala təhvil verilb. "AccessBank" qürur hissi keçirir ki, bu layihə nəticəsində minlərlə ağacın qırılmasının qarşısı alınıb.
Xüsusi olaraq qeyd olunası məqam ondan ibarətdir ki, 2020-ci ildə bankda gündəlik istifadə olunan kağız məmulatları (korporativ gündəlik və təqvim) təkrar emal məhsullarından hazırlanacaq.
Enerji effektivliyi və resursların qorunması məsələləri bankın bütün investisiya qərarlarında, o cümlədən yeni filialların açılışı və köhnələrinin təmiri zamanı nəzərə alınacaq.
Bank rəhbərliyi yuxarıda qeyd edilən tədbirlərin monitorinqini həyata keçirən ixtisaslaşmış komitənin yaradılmasını planlaşdırır.
Korporativ sosial məsuliyyət. Gələn il "AccessBank" korporativ sosial məsuliyyət layihələrini ətraf mühitin qorunmasına həsr edəcək. Həmin layihələrin reallaşdırılması ilə bank əhalinin ekoloji məsələlərlə bağlı bilik səviyyəsinin artırılmasına nail olmaq niyyətindədir. Bunun üçün "AccessBank" müştəri və tərəfdaşlarını da həyata keçirəcəyi layihələrə cəlb etməyi planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 8 d. əvvəl
-
- 24 d. əvvəl
-
26 d. əvvəl
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
-
2 saat əvvəl
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
Müharibənin ABŞ üçün xərci hesablanıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Türkiyə iqtisadiyyatı 2025-ci ildə 3,6 faiz artıb
Qızıl daha da bahalaşdı
Martın 3-də gözlənilən hava şəraiti





















