Yenidən dünyanın ən varlı adamı oldu
“Microsoft” kompaniyasının qurucusu Bill Qeyts “Amazon” online-reteylerinin rəhbəri Ceff Bezosu qabaqlayaraq ikiillik fasilədən sonra yenidən “Bloomberg Billionaires Index” milyarderlər reytinqinə başçılıq edir.
"Bloomberg" agentliyinə istinadla xəbər verir ki, Bill Qeytsin reytinqdə ilk yerə çıxmasına “Microsoft” və Pentaqon arasında imzalanan və hərbi qurumun məlumatlarının saxlanılması üçün “bulud” infrastrukturunun qurulmasını nəzərdə tutan 10 milyard dollarlıq müqavilə səbəb olub. “Microsoft” aksiyalarının bahalaşması Bill Qeytsin varidatının artaraq 110 milyard dollara çatması ilə nəticələnib.
Dünyanın ən varlı insanları reytinqində ikinci pillədə 109 milyard dollarla “Amazon” kompaniyasınən rəhbəri Ceff Bezos, üçüncü pillədə isə aktivləri 103 milyard dollar həcmində qiymətləndirilən Fransanın “Louis Vuitton Moët Hennessy” kompaniyasının prezidenti Benua Arno qərarlaşıb.
Qeyd edək ki, “Bloomberg Billionaires Index” biznesmenlərin sahib olduqları aktivlərin bazar dəyərinə görə varidatlarını qiymətləndirir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 16 saat əvvəl
-
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?



















.jpg)


