Neft hasilatı 3,3 faiz azalıb, qaz hasilatı 27,8 faiz artıb
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-oktyabr aylarında 38,1 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 14,5 faiz artmışdır.
Sənaye məhsulunun 70,3 faizi mədənçıxarma sektorunda, 24,9 faizi emal sektorunda, 4,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda neft hasilatı 3,3 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 27,8 faiz artmışdır.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 85,3 faiz, hazır metal məmulatlarının istehsalı 83,5 faiz, tütün məmulatlarının istehsalı 67,6 faiz, içkilərin istehsalı 39,5 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 37,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 37,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 30,4 faiz, mebel istehsalı 29,5 faiz, kimya sənayesi məhsullarının istehsalı 26,5 faiz, kağız və karton istehsalı 24,6 faiz, poliqrafiya məhsullarının istehsalı 23,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 22,7 faiz, əczaçılıq məhsullarının istehsalı 20,8 faiz, qida məhsullarının istehsalı 13,9 faiz, geyim istehsalı 12,0 faiz, elektrik avadanlıqlarının istehsalı 6,8 faiz, maşın və avadanlıqların istehsalı 4,5 faiz, tikinti materiallarının istehsalı 3,8 faiz artmış, neft məhsullarının istehsalı 4,8 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 10,8 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 12,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 26,2 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 30,7 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 6,4 faiz artmışdır.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
37 d. əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
-
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Rusiyada xiyarın qiyməti ikiqat artıb
Ən çox oxunanlar
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb


























