Azərbaycan məhsullarının Çinə ixracı ilə bağlı yeni müqavilələr imzalandı
Noyabrın 5-10-da Şanxayda Azərbaycanın da iştirakı ilə keçirilmiş II Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində ümumilikdə 71,13 milyard ABŞ dolları dəyərində ticarət və xidmət razılaşmaları əldə olunub.
Bu rəqəm ötənilki sərgi zamanı əldə olunmuş razılaşmaların ümumi məbləğindən 23 faiz çoxdur. Sərginin təşkilat komitəsindən verilən məlumata əsasən, 181 ölkə və regiondan ümumilikdə 3800-dən çox şirkətin məhsul və xidmətlərinin nümayiş etdirildiyi sərgini danışıqlar aparmaq üçün 7 mindən çox nümayəndə ziyarət edib. Ekspozisiya sahəsi 360 min kvadratmetr olan sərgini təxminən 910 min nəfər ziyarət edib.
Qeyd edək ki, Azərbaycan bu il Çin Beynəlxalq İdxal Sərgisinin həm ölkələr, həm də biznes bölməsində iki milli pavilyonla təmsil olunub. Ölkələr bölməsindəki 136 kvadratmetrlik Azərbaycan pavilyonunda respublikamızın iqtisadi inkişafına, əlverişli biznes və sərmayə mühitinə, nəqliyyat-tranzit imkanlarına, turizm potensialına dair materiallar, nəşrlər nümayiş edilib.
Biznes bölməsindəki 300 kvadratmetr sahəsi olan Azərbaycan pavilyonunda isə 26 şirkətimiz “Made in Azerbaijan” brendi ilə istehsal etdikləri məhsulları, o cümlədən şərab və spirtli içkiləri, qənnadı məmulatlarını, meyvə şirələri və kompotları, quru meyvələri, mineral suları, konservləri yerli idxalçılara təqdim edib.
İkinci Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində Azərbaycan məhsullarının, o cümlədən şərab və spirtli içkilərinin, nar şirələrinin Çinə ixracı ilə bağlı alqı-satqı və distribüterlik müqavilələri imzalanıb.
Bundan başqa, sərginin “Açıqlıq siyasəti, tənzimləmə və işgüzar mühit”, “Qlobal ticarət və beynəlxalq logistika”, “Bir kəmər, bir yol” eko-kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, “2-ci Çin sərgi sənayesi ticarəti” və digər paralel forumlarında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri müvafiq sahələr üzrə ölkəmizin potensialı, əldə olunan uğurlar və əməkdaşlıq imkanları barədə məlumat veriblər.
© Azərtac
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
38 d. əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
-
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Rusiyada xiyarın qiyməti ikiqat artıb
Ən çox oxunanlar
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb

























