Azərbaycan son illərin ən böyük büdcə kəsirini nəzərdə tutur
“Növbəti il üçün nəzərdə tutulmuş büdcə kəsirinin məbləği son illər üzrə ən böyük göstəricidir”.
"Marja" xəbər verir ki, bu, Hesablama Palatasının 2020-ci il dövlət büdcəsi haqqında Qanun layihəsinə rəyində bildirilir.
Rəydə qeyd edilib ki, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsində dövlət büdcəsi kəsirinin yuxarı həddi 2 milyard 779,2 milyon manat məbləğində müəyyən edilmişdir ki, bu 2018-ci ilin dövlət büdcəsinin faktiki kəsirindən 2 milyard 556,5 milyon manat və ya 12,5 dəfə çox, 2019-cu il dövlət büdcəsinin proqnozlaşdırılan kəsirindən isə 757,2 milyon manat və ya 37,4% çoxdur.
Dövlət büdcəsinin proqnozlaşdırılmış kəsiri növbəti il üçün nəzərdə tutulmuş ÜDM-nə nisbətdə 3,0%-lik səviyyədən çoxdur. Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2018-ci ildə 1,4% proqnozlaşdırılmış, ilin sonuna 0,3% təşkil etmişdir. Bu göstəricinin 2019-cu ilin sonuna 2,6% olacağı gözlənilir. Növbəti il il üçün bu nisbət cari ilin gözlənilən göstəricindən 0,7 faiz bəndi çox olmaqla 3,3% təşkil edəcəyi nəzərdə tutulmuşdur.
Növbəti ildə büdcə kəsirinin maliyyələşdirilməsi mənbələri dəyişdirilməmiş, büdcə kəsirinin əsasən vahid xəzinə hesabının qalığı vasitəsiə bağlanılması nəzərdə tutulmuşdur:
“Qanun layihəsində dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbəyi olaraq, 2019-cu ildə olduğu kimi, özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma, 2020-cu ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) göstərilmişdir. Növbəti ilin büdcə kəsirinin bağlanılmasına dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsait 62 milyon manat, daxili borclanmadan (ölkə daxilində qiymətli kağızların (dövlət istiqrazlarının) yerləşdirilməsindən) 100 milyon manat, 2020-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından 1 milyard 666,2 milyon manat, xaricdən cəlb edilmiş kreditlər üzrə 951 milyon manat vəsait yönəldiləcəkdir. Beləlikə də, proqnozlaşdırılmış büdcə kəsirinin təqribən 60%-nin vahid xəzinə hesabının qalığı vasitəsilə maliyyələşdiriləcəyini qeyd etmək olar”.
Qeyd edək ki, 2020-ci il üçün dövlət büdcəsinin proqnozlaşdırılmış gəlirləri müstəqillik əldə etdiyimiz dövrdən etibarən manat ifadəsində ən böyük məbləğdir. Dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat məbləğində proqnozlaşdırılmışdır. Proqnozlaşdırılmış gəlir 2018-ci ilin icra göstəricisi ilə müqayisədə 1 milyard 625,6 milyon manat və ya 7,2%, 2019-cu ilin proqnoz göstəricisi ilə müqayisədə isə 966,5 milyon manat və ya 4,2% çoxdur.
2020-ci il üçün dövlət büdcəsinin xərcləri 26 milyard 913,7 milyon manat məbləğində olmaqla 2018-ci ilin icra göstəricisi ilə müqayisədə 18,4%, 2019-cu ilin proqnozu ilə müqayisədə isə 1 milyard 723,7 milyon manat və ya 6,8%, 2019- cu ilin gözlənilən icra göstəricisi ilə müqayisədə 2 milyard 110,1 milyon manat və ya 8,5%, çox proqnozlaşdırılmışdır.
Növbəti ilin dövlət büdcəsinin xərclərinin artımı dövlət büdcəsinin kəsirinin artımına səbəb olmuş, bu artımın vahid xəzinə hesabının qalığı vasitəsilə kompensasiyası nəzərdə tutulmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
1 saat əvvəl
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
-
1 saat əvvəl
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
- 1 saat əvvəl
-
2 saat əvvəl
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
-
2 saat əvvəl
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
-
2 saat əvvəl
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
-
2 saat əvvəl
Əhalinin və biznesin banklara cəmi borcu 30 milyard manata yaxınlaşıb
-
3 saat əvvəl
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbul planı
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
Ən çox oxunanlar
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
Dekabrın 26-da gözlənilən hava şəraiti
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza






















