“Bank of Baku” kapitalını bərpa edir, gəlirləri artır
“Bank of Baku” ASC 2019-cu ilin yanvar-sentyabr dövrünü 32 milyon 276 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 dəfə çoxdur. “Bank of Baku” 2018-ci ilin yanvar-sentyabr dövrünü 3 milyon 128 min manat xalis mənfəət ilə bağlamışdı.
GƏLİRLƏRİ ARTIB
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-sentyabr dövründə “Bank of Baku”nun faiz gəlirləri 648 min manat artaraq 31 milyon 683 min manat təşkil edib.
2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-sentyabr dövründə “Bank of Baku”nun qeyri-faiz gəlirləri 3 milyon 834 min manat artaraq 6 milyon 339 milyon manat təşkil edib.
2019-cu ilin 9 ayında “Bank of Baku”nun cəmi gəlirləri 38 milyon 22 min manat, xəmi xərcləri 73 milyon 287 min manat və nəticədə əməliyyat zərəri 35 milyon 265 min manat təşkil edib. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan 75 milyon 996 min manatın azad olması hesabına əməliyyat zərəri bağlanıb. Bank qalan 40 milyon 730 min manat mənfəətindən 8 milyon 454 min manat mənfəət vergisi ödəyib. Beləliklə, cari ilin 9 ayı 32 milyon 276 min manat xalis mənfəət ilə başa vurulub.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 9 ayında “Bank of Baku”nun cəmi gəlirləri 33 milyon 539 min manat, cəmi xərcləri 57 milyon 159 min manat, əməliyyat zərəri 23 milyon 620 min manat təşkil etmişdi. Ehtiyatın 26 milyon 748 milyon manatının azad olması hesabına zərər bağlanmışdı və bankın 3 milyon 128 min manat xalis mənfəəti yaranmışdı.
30 Sentyabr 2019-cu il tarixində “Bank of Baku” 298 milyon 131 min manat cəmi aktivlərə malik olub, aktivlərin 194 milyon 35 min manatını müştərilərə verilən xalis kreditlər təşkil edib. Ötən ilin sonunda, Bankın cəmi aktivləri 300 milyon 71 min manat, o cümlədən müştərilərə verilən xalis kreditlər 200 milyon 404 min manat təşkil etmişdi.
Mənfəətin artması ilə əlaqədar olaraq “Bank of Baku”nun cəmi balans kapitalı 1,8 dəfə artaraq 71 milyon 587 min manata yüksəlib.
30 Sentyabr 2019-cu il tarixində “Bank of Baku” ASC 56 milyon 941 min manat məcmu kapitala malik olub. Ötən ilin sonunda bu məbləğ 31 milyon 2712 min manat idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 11 d. əvvəl
-
-
1 saat əvvəl
Prezident İlham Əliyev məişət tullantıları daşıyan texnikalarla tanış olub
-
1 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"İrana hücumlar hədəflərimizə çatana qədər davam edəcək. Daha çox Amerika əsgəri ölə bilər"
- 2 saat əvvəl
-
2 saat əvvəl
OPEC+ apreldə hasilatı artıracaq - Neft qiymətlərinin sıçrayışı ilə bağlı xəbərdarlıq
-
3 saat əvvəl
Analitiklər neftin qiymətinin 100 dollara qalxa biləcəyini proqnozlaşdırırlar
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Həyat sığortası üzrə ödənişlər 40%-ə yaxın artıb
"İrana hücumlar hədəflərimizə çatana qədər davam edəcək. Daha çox Amerika əsgəri ölə bilər"
Rəsmi məzənnələr açıqlandı
OPEC+ apreldə hasilatı artıracaq - Neft qiymətlərinin sıçrayışı ilə bağlı xəbərdarlıq
Neft İranda müharibə ilə əlaqədar olaraq kəskin bahalaşdı
Tramp: İran danışıqlar aparmaq istəyir, mən də qəbul etdim
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR

























