Kredit kartlarının sayındakı azalma 100 min ədədə yaxınlaşdı
2019-cu ilin 9 ayı (yanvar-sentyabr) ərzində Azərbayacanda əməkhaqqı kartlarının sayı 172 min ədəd artıb, kredit kartlarının sayı isə 97 min ədəd azalıb.
2019-cu ilin Sentyabr ayının sonunda Azərbaycanda cəmi ödəniş kartlarının sayı 7 milyon 267 min ədəd təşkil edib.
"Marja" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, Avqust ayının sonu ilə müqayisədə Sentyabrda cəmi ödəniş kartlarının sayı 58 min ədəd artıb.
Artım Yanvarda 39 min ədəd, Fevralda 74 min ədəd, Martda 0 ədəd, Apreldə 97 min ədəd, Mayda 247 min ədəd, İyunda 43 min, İyulda 121 min ədəd, Avqustda 77 min təşkil etmişdi.
Avqust ayı ilə müqayisədə Sentyabrda əməkhaqqı kartlarının sayı 30 min ədəd artaraq 2 milyon 212 min ədədə, əməkhaqqı və sosial kart olmayan digər debet kartlarının sayı isə 75 min ədəd artaraq 1 milyon 638 min ədədə çatıb. Sosial kartların sayı 39 min ədəd azalaraq 2 milyon 654 min ədədə, kredit kartlarının sayı isə 8 min ədəd azalaraq 763 min ədədə düşüb.
2018-ci ilin sonu ilə müqayisədə isə yanvar-sentyabr ayları ərzində (9 ayda) cəmi ödəniş kartlarının sayı 756 min ədəd, o cümlədən sosial kartların sayı 132 min ədəd, əmək haqqı kartlarının sayı 172 min ədəd, sosial kart və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı isə 549 min ədəd artıb. Kredit kartlarının sayı isə 97 min ədəd azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 6 d. əvvəl
-
-
55 d. əvvəl
Prezident İlham Əliyev məişət tullantıları daşıyan texnikalarla tanış olub
-
1 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"İrana hücumlar hədəflərimizə çatana qədər davam edəcək. Daha çox Amerika əsgəri ölə bilər"
- 2 saat əvvəl
-
2 saat əvvəl
OPEC+ apreldə hasilatı artıracaq - Neft qiymətlərinin sıçrayışı ilə bağlı xəbərdarlıq
-
3 saat əvvəl
Analitiklər neftin qiymətinin 100 dollara qalxa biləcəyini proqnozlaşdırırlar
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Həyat sığortası üzrə ödənişlər 40%-ə yaxın artıb
"İrana hücumlar hədəflərimizə çatana qədər davam edəcək. Daha çox Amerika əsgəri ölə bilər"
Rəsmi məzənnələr açıqlandı
OPEC+ apreldə hasilatı artıracaq - Neft qiymətlərinin sıçrayışı ilə bağlı xəbərdarlıq
Neft İranda müharibə ilə əlaqədar olaraq kəskin bahalaşdı
Tramp: İran danışıqlar aparmaq istəyir, mən də qəbul etdim
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
























