Daha çox pul, daha çox imkan deməkdir!
® Müştərilərinin arzu və istəklərinə hər zaman xüsusi həssaslıqla yanaşan Expressbank nağd pul krediti üzrə maksimal məbləği 25.000 AZN-dən 30.0000 AZN-dək qaldırdı.
İllik faiz dərəcəsi 17%-dən başlamaqla təklif olunan nağd pul kreditləri müştərilərə arzularına daha yaxın olmaq üçün geniş imkanlar yaradacaq. Üstəlik, kreditlərin 48 ayadək ödəniş müddəti müştərilərə aylıq ödənişlərini daha səmərəli idarə etməyə imkan verəcək.
Bütün bunlardan əlavə, müştərilərin əmək haqqılarından asılı olaraq onlara verilə biləcək zaminsiz kredit məbləğləri də artırılmışdır. Belə ki, müştərinin aylıq məvacibi 1 000 AZN-ə qədər olduqda əmək haqqının 10 mislinədək (səhiyyə və təhsil işçiləri üçün 15 mislinədək), məvacibi 1000 AZN-dən artıq olduqda isə 20000 AZN-dək nağd kreditin verilməsi üçün zamin tələb olunmayacaq.
Banka yaxınlaşan istənilən müştəri kreditini sürətli şəkildə rəsmiləşdirib elə həmin gün nağd pulunu əldə edir. Bununla yanaşı nağd pul kreditindən faydalanmaq istəyən, lakin iş saatlarında banka yaxınlaşa bilməyən müştərilər şənbə günləri saat 10.00 - dan 15.00- dək Bakıda Nəsimi və Əhmədli, Sumqayıt şəhərindəki filial, bölgələrdə isə Gəncə, Mingəçevir və Bərdə şəhərlərindəki filiallarda kredit sifarişlərini rəsmiləşdirə bilərlər. Krediti həmçinin https://www.expressbank.az/loans/cash-loans onlayn sifariş etmək də mümkündür.
Expressbank kreditlərin rahat ödəmə vasitələrini də təqdim edir. Müştərilər Expresspay ödəniş terminalları və www.expressbank.az saytında şəxsi kabinet vasitəsi ilə kreditlərini ödəyə bilərlər.
Pərakəndə və biznes bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən "Expressbank"ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
2 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
3 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 4 saat əvvəl
-
4 saat əvvəl
BOKT “Qafqaz-Kredit” 2025-ci ili zərərlə başa vurub — kredit portfeli azalıb
-
4 saat əvvəl
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
- 4 saat əvvəl
-
5 saat əvvəl
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
Ən çox oxunanlar
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
“Smartfon qiymətlərində 40%-dək artım gözlənilir”
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
Azərbaycana gələn turistlərin xərcləri 23 % azalıb
“Prior Kredit BOKT”un xalis mənfəəti 15% artıb
“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib



















