“Bestcomp Group” Mərkəzi Asiya ölkələrindəki tərəfdaşları üçün təqdimat konfransı keçirib
(®) 17 oktyabr 2019 tarixində “Hyatt Regency Tashkent” mehmanxanasında “Bestcomp Group” beynəlxalq şirkətlər qrupu dünyanın aparıcı İT vendorları və Özbəkistan, Azərbaycan, Tacikistan, Türkmənistan və Qırğızıstandan olan tərəfdaşlarının iştirakı ilə təqdimat konfransı keçirib.
“Bestcomp Group” şirkətlər qrupu Zaqafqaziya və Mərkəzi Asiya bölgəsində Hewlett Packard Enterprise, HP Inc., Lenovo DCG, Lenovo PSG, Acer, Microsoft, Eaton, APC by Schneider Electric, Radware, Microfocus Tripp Lite, Artronic, Uniview, Apacer, Kindermann, HID, Monacor, Qualys, Radiflow kimi dünyanın bir çox aparıcı istehsalçılarının Value Added distribütoru, İT və sistem inteqrasiyası sahəsində tərəfdaşı olaraq, şirkətlərə mövcud olduqları ölkələrdə peşəkar konsaltinq, texniki və layihə dəstəyi xidmətləri təqdim edir.
120-dən çox tərəfdaş şirkətin qatıldığı təqdimat konfransında iştirak edən “Bestcomp Group”un Müşahidə Şurasının Sədri Rauf Həsənov açılış nitqində Özbəkistan və Azərbaycan xalqlarının qardaşlığı, iki ölkə arasındakı iqtisadi əməkdaşlığı, həmçinin “Bestcomp Group” şirkətlər qrupunun fəaliyyəti və Mərkəzi Asiya ölkələrində informasiya texnologiyaları seqmentində tərəfdaşlıq münasibətlərinin strategiyası və inkişafını xüsusilə vurğulaylıb.
“Bestcomp Group”un Mərkəzi Asiyada regional ofisinin Baş Direktoru Xəlil Ələkbərov isə, şirkətin böyük texnoloji imkanlarından və tərəfdaşlar üçün açılan fürsətlərdən danışıb. O, həmçinin “Bestcomp Group” Mərkəzi Asiya Regional Ofisinin əməkdaşlarını tədbir iştirakçılarına təqdim edib.
Konfransın rəsmi hissəsində dünyanın qabaqcıl İT şirkətlərinin aparıcı menecerləri İT sahəsində olan son yeniliklər, sistem inteqrasiyası və informasiya təhlükəsizliyi sahəsindəki maraqlı yeni həllər haqqında danışıblar.
Təqdimatçılar arasından Lenovo PSG şirkətinin nümayəndələri: Şərqi Avropa, Orta Asiya və Azərbaycanda korporativ sifarişçilərlə iş üzrə meneceri Qaziz Abdrassilovu, Lenovo Data Center Group Məlumat Mərkəzi üçün həllərin satışı şöbəsinin rəhbəri Anton Boldini; HP Inc. şirkətinin nümayəndələri: Şərqi Avropa, Orta Asiya və Azərbaycanda satış kanallarının inkişafı üzrə meneceri Andrey Naumenkonu və HP Inc. distribusiyası üzrə meneceri Aleksandr Jelezkovu; Radware şirkətinin MDB və Baltika ölkələri üzrə direktoru Dmitriy Xusinskini; Eaton şirkətinin regional satış nümayəndəsi Kerim Çeliki; Acer şirkətinin Orta Asiya, Qafqaz, Türkiyə və Qazaxıstan üzrə regional direktoru Mixail Konstantinovu xüsusilə vurğulamaq istərdik.
Konfransın rəsmi hissəsinin sonunda Mərkəzi Asiya ölkələrindəki tərəfdaşlar üçün təşviqedici proqram elan edilib. Belə ki, proqramın qalibləri 2020-ci ilin iyun ayında Formula 1 Qran Prisində iştirak etmək üçün “odlar diyarı” Bakı şəhərinə dəvət ediləcəklər.
Axşam tədbiri rəqs qrupunun, vokal-instrumental ansamblın və “Özbəkistanın Səs”i müsabiqəsinin qalibi Səbinə Mustayevanın iştirakı ilə keçən ziyafət məclisi ilə başa çatıb.
Tədbir boyunca iştirakçılar dünyanın aparıcı İT brendləri HP İnc., Lenovo və Acer şirkətlərindən dəyərli hədiyyələr qazanıblar.
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
-
8 d. əvvəl
BOKT “Qafqaz-Kredit” 2025-ci ili zərərlə başa vurub — kredit portfeli azalıb
-
-
16 d. əvvəl
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
- 51 d. əvvəl
-
1 saat əvvəl
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İSB Beynəlxalq Sığorta Zəmanət Fondları Forumuna üzv qəbul olunub
-
3 saat əvvəl
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
“Smartfon qiymətlərində 40%-dək artım gözlənilir”
Ən çox oxunanlar
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
Azərbaycana gələn turistlərin xərcləri 23 % azalıb
“Prior Kredit BOKT”un xalis mənfəəti 15% artıb
“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib
“Korgöz-Tikinti-Material”nın zərəri azalıb




















.jpg)



