Bakı neft hasilatını bir qədər də azaltmağa hazırdır
Azərbaycan neft hasil edən ölkələr tərəfindən müvafiq qərar qəbul olunacağı halda neft hasilatını bir qədər də azaltmağa hazırdır. Bu barədə Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva bəyan edib.
Xəbər verildiyi kimi, Azərbaycan 2017-ci ilin birinci yarısında neft hasilatını 35 min barrelə qədər azaltmağı öhdəlik götürüb. Bununla belə, yanvar-fevral aylarında bu öhdəlik 214% yerinə yetirlib.
“Biz dəfələrlə bəyan etmişik ki, əgər təklif daxil olarsa və ya neft hsilatının əlavə azalmasına dair qərar qəbul edilərsə, Azərbaycan buna razılıq verəcəkş Qeyd etmək istərdim ki, biz neft hasilatını öhdilikdən də artıq azaltmışıq”, - deyə Z.Əliyeva bildirib.
fevralda ölkədə xam neftin sutkalıq hasilat həcmi 726,4 min barel, kondensat hasilatının həcmi 50 min barel təşkil edib.
Ötən ay Azərbaycandan xam neftin sutkalıq ixrac həcmi 604,1 min barel neft, 50 min barel kondensat və 26,8 min barel neft məhsulları təşkil edib.
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 3 saat əvvəl
-
4 saat əvvəl
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
-
-
5 saat əvvəl
"İnflyasiya risklərinin artması səbəbindən FED faiz dərəcələrinin artırılmasına başlaya bilər"
- 5 saat əvvəl
-
5 saat əvvəl
Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdan yola salınıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Neft bazarında narahatlıq yaradan iddia: Tramp administrasiyasından 200 dollarlıq ssenari
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"ABŞ-ın “sürətli qələbə” və “rejim dəyişikliyi” kimi hədəfləri uğursuz olub"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Martın 27-də gözlənilən hava şəraiti
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdan yola salınıb
Qeyri-müəyyənlik yüksək olaraq qalır, neft qiymətləri artır
Neft bazarında narahatlıq yaradan iddia: Tramp administrasiyasından 200 dollarlıq ssenari
Ən çox oxunanlar
Putin Rusiyadan külçə qızıl ixracını qadağan edib
Tramp: İran razılaşmaq istəyir, amma bunu deməyə qorxur
İran: ABŞ ilə heç bir danışıqlar aparılmır
Meta bu il ikinci ixtisar dalğasına başlayıb
Sony və Honda elektrik avtomobili layihəsindən imtina etdi
Müharibənin İspaniya şirkətlərinə gündəlik zərəri 5 milyard avrodur




















