"Hazırda böyük həcmdə şərab ixracı üçün danışıqlar aparırıq"
“ASK Şəki Şərab” zavodu “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisələrindən biridir.
Şəki rayonunun Çələbi xan qəsəbəsində yerləşən bu zavod 2018-ci ildən etibarən ASC-nin tərkibinə daxil olub. Əsas fəaliyyət istiqaməti şərab istehsalı olan müəssisə ildə 3 min ton üzüm qəbul və emal etmək gücünə malikdir. Burada fəaliyyət göstərən sexlər ən müasir avadanlıqla, o cümlədən İtaliyanın tanınmış “Della Toffola SPA” şirkətinin avadanlığı ilə təchiz olunub. Müəssisədə Azərbaycanda ilk dəfə üzümün tumlarını ayıran qurğu da quraşdırılıb. Zavodda istehsal prosesi tam avtomatlaşdırılıb.
Müəssisənin istehsal etdiyi şərablar dünya standartlarına tam uyğundur və bu məhsulların daxili və xarici bazarlarda satışının həyata keçirilməsi istiqamətində də müvafiq danışıqlar aparılır. Cari mövsümdə məhsulların ixracı məqsədi ilə Belarus, Çin və İspaniya şirkətləri ilə ilkin razılıq əldə olunub.
Zavodun direktoru Vidadi Həsənov ixracla bağlı həyata keçirilən layihələr barədə məlumat verib. Direktor bildirib ki, xammal kimi istifadə edilən üzüm Azərbaycanın rayonlarından tədarük olunur. Ötən il 725 tona yaxın üzüm qəbul edilib və həmin xammaldan 500 min litr şərab materialı istehsal edilib. Məhsul qablaşdırılaraq 336 min litrinin Rusiya, qalanının isə daxili bazarlarda satışı həyata keçirilib. Zavodda “Askona” və “Buket Şəki” adı altında 10 çeşiddə şərab istehsal olunur. Gələcəkdə şərabın çeşidinin 20-yə çatdırılması nəzərdə tutulur.
Müəssisə rəhbərinin sözlərinə görə, cari mövsümdə Şəkinin kəndlərinin və ətraf rayonların fermer təsərrüfatlarından 500 ton üzüm alınıb. Eyni zamanda, müəssisənin icarəyə götürdüyü 16 hektar üzüm bağından 70 ton məhsul tədarük olunub. Hazırda üzümün emalı prosesi aparılır.
İxracla bağlı planlara toxunan Vidadi Həsənov bildirib ki, bir neçə ay əvvəl Polşada fəaliyyət göstərən “Azərbaycan ticarət evi”nə Şəki şərabının tanıdılması və satışı məqsədi ilə ilkin olaraq kiçik həcmdə - 360 şüşə şərab göndərilib. Hazırda bu ölkəyə böyük həcmdə şərab məhsulunun ixracı üçün danışıqlar aparılır. Eyni zamanda, məhsulların ixracı məqsədi ilə Belarus, Çin və İspaniya şirkətləri ilə də danışıqlar aparılıb və ilkin razılıq əldə olunub. Direktorun sözlərinə görə, tələbat olarsa, zavodda ayda 400 min şüşə qablaşdırmaq mümkündür və bu məqsədlə indiyədək tədarük edilən üzümdən lazımi qədər şərab materialı istehsal etmək olar.
“ASK Şəki Şərab” MMC-nin istehsal etdiyi şərab məhsullarının tanıdılması və satışı məqsədi ilə 2019-cu ilin noyabrında İspaniyanın Barselona şəhərinə ilkin olaraq, 18 min şüşə şərabın göndərilməsi nəzərdə tutulur. Bu məqsədlə İspaniyanın “Evroçaynabric” firması ilə müqavilə imzalanıb.
Zavodun direktoru bildirib ki, İspaniya firmasının nümayəndələri ilə ilk tanışlıq Çin Xalq Respublikasının Şanxay şəhərində keçirilən sərgi zamanı olub. Sonra zavodun rəhbəri İspaniyaya dəvət olunub. Burada “ASK Şəki Şərab” MMC-nin məhsullarının bu ölkədə tanıdılması və satışı ilə bağlı ilkin danışıqlar aparılıb.
V.Həsənovun sözlərinə görə, İspaniya firması dünyanın 38 ölkəsində “ASK Şəki Şərab” MMC-nin istehsal etdiyi “Askona” və “Buket Şəki” şərablarının tanıdılması və satışı ilə məşğul olacaq. Firma öhdəlik olaraq, ayda 200 min şüşə Şəki şərabının satışını öz üzərinə götürərsə, onda zavod həmin ölkələrə şərabın paylanılmasını tam şəkildə İspaniya firmasına həvalə edəcək.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© Azərtac
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 26 d. əvvəl
-
- 38 d. əvvəl
-
1 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
-
1 saat əvvəl
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınır
- 1 saat əvvəl
-
1 saat əvvəl
"FERRUM Kapital” 51 investordan illik 14 faizlə 4 milyon manat borc aldı
-
2 saat əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Ən çox oxunanlar
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
Zelenski Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib
Rusiyada xiyarın qiyməti ikiqat artıb
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
























