“Renessans Palace” böyük konsert tədbiri ilə sakinlərini ətrafına yığdı - FOTOLAR
® “Renessans Palace” Premium Yaşayış Kompleksi möhtəşəm “Mənim evim, … mənim Vətənimdir” adlı tədbirlə sakinlərinin ixtiyarına verilib.
Kompleksin geniş həyətində keçirilən konsertdə Azərbaycanın ziyalıları, tanınmış memarları media ve mədəniyyət simaları iştirak edərək “Renessans Palace”ın memari özəllikləri, şəhərə qatdığı əlavə gözəllik barədə öz müsbət fikirlərini bildiriblər.
“Renessans Palace”ın müəllifi “AS Qrup”-un təsisçisi Şahin Mövsümov çıxış edərək “Mənim evim, … mənim Vətənimdir”-də qeyd olunan üç nöqtə altında nəzərdə tutulanların açıqlamasını verərək bildirib: “Mənim evim, küçələr, yollar, həyət, insanlar, parklar və s.-dən ibarət olan ətraf birlikdə mənim Vətənimdir. Və bunların daima qayğısına qalmaq hər bir vətəndaşın borcudur.”
O, öz çıxışında qeyd edib ki, prezidentimiz İlham Əliyev və birinci vitse prezident Mehriban Əliyevanın apardıqları uğurlu sosial siyasət nəticəsində Azərbaycan regionda hər bir sahədə lider pozisiyalardadır və sakinlərlə qonaqları bu siyasəti dəstəkləməyə çağırıb.
Tədbirdə həmçinin “AS Qrup” şirkətinin Tbilisi prospektində ilin sonunda inşa ediləcək lüks lahiyəsi təqdim olunaraq satışlara start verildiyi bildirilib. Lahiyə klub evi olaraq cəmi 55 mənzildən ibarət olacaq.
“Renessans Palace”-ın həyətində tədbirə özəl Azərbaycanın müxtəlif tarixi dövrlərini əks etdirən ekspozisiya və dekorasiyalar quraşdırılıb, “Mənim şəhərim” mövzusunda çəkilən rəsm əsərləri nümayiş etdirilib. Tədbirdə həmçinin peşəkar rəssam Nərminə Vəliyevanın rəsm əsərləri əsasında tikilən, Azərbaycanın tarixi abidələrini əks etdirən geyimlərdə müxtəlif yaşlarda uşaqların dəfiləsi də qonaqların xüsusi marağına səbəb olub.
Bir neçə saat davam edən konsert möhtəşəm atəşfəşanlıqla tamamlanıb.
Premium seqmentin keyfiyyət, infrastruktur, xidmət və digər bütün tələblərinə riayət olunmaqla inşa olunan “Renessans Palace” dörd korpus, 20 blok, 1050 mənzildən ibarətdir. Mənzillərin hündürlüyü standard ölçülərdən (3 metr) daha artıq – 3.35 metrdir. Binaların hər mərtəbəsində mənzil sayı maksimum 4-dür. Hər blokda 3 ədəd “Mitsubishi” markalı sürətli liftlər quraşdırılıb.
Çöl divarlar termobloklarla tikildiyindən evlər yayda sərin, qışda isə isti qalır. Bu isə 40% enerjiə qənaət etməkdir. Pəncərələr izosistemli, 4 kameralı olduğundan Bakı küləyinin səsini və soyuğu içəri buraxmır.
Kompleksin ilk 2 mərtəbəsində fəaliyyət göstərəcək iaişə obyektləri isə (restoran, kafelər, fitnes zal, uşaq bağçası, gözəllik salonu, sağlamlıq mərkəzi və s.) sakinlərin rahatlığına xidmət göstərəcək. 3 hektar ərazini əhatələndirən yaşayış kompleksinin 1,5 hektar hissəsi sakinlər üçün meşətipli, qapalı parkdır.
“Renessans Palace” 120 yerüstü, 1550 yeraltı avtomobil parkinq yeri ilə həm də paytaxtın ən iri avto-parkinqinə sahib yaşayış kompleksidir.
Sentyabrdan etibarən premium mənzildə yaşamaq istəyən digər şəxslər aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər: 0125382977 və 0507158888.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
11 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
11 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!






















