Azərbaycan qarğıdalı ixracına başlayıb
Azərbaycan Gürcüstana qarğıdalı ixracına başlayıb.
Bu barədə özəl olaraq Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.
Qeyd edilib ki, bu il ölkədə 32,9 min hektar qarğıdalı əkilib. Ötən illə müqayisədə bu il qarğıdalı əkini 4,1 faiz çox olub.
İstehsal olunan məhsula gəlincə, 2018-ci ildə Azərbaycanda 247,9 min ton dən üçün qarğıdalı istehsal olunub. Ölkə üzrə orta məhsuldarlıq hektara 57,7 sentner olub. Məlumata görə, bu ilin 7 ayı ərzində isə 3 min hektar sahədən 14,4 min ton qarğıdalı yığılıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz çoxdur. Yığım bu il hektara 47,9 sentner olub.
Nazirlikdən daha sonra qeyd edilib ki, Azərbaycan artıq xaricə də qarğıdalı ixracına başlayıb. Belə ki, bu il ölkəmizdən Gürcüstana 0,9 ton qarğıdalı göndərilib. Gələcəkdə bu məhsulun ixrac coğrafiyasının genişlənməsi üçün münbit şərait var.
Qeyd edək ki, son 20 ildə Azərbaycan Dövlət Aqrar Universitetinin taxıl və paxlalı bitkilər laboratoriyasının təcrübə sahəsində qarğıdalı bitkisi üzərində çarpazlaşma və seçmə işi aparılaraq həm yüksək nəticələr əldə olunub, həm də genefond daha da zənginləşdirilib. Universitetdə aparılan elmi-tədqiqat işləri nəticəsində 2011-ci ildə ilk dəfə rayonlaşdırılmış "ADAU-80" yeni qarğıdalı sortu alınıb. Hazırda həmin sort respublikanın bir çox rayonlarında və fermer təsərrüfatlarında geniş şəkildə becərilir. Bu sort istər məhsuldarlığına, istərsə də yaşıl kütlə kimi istifadəsinə görə nəinki yerli, həm də xaricdən gətirilən sortlardan çox üstündür.
Aqrar Universitetdə aparılan geniş elmi-tədqiqat işləri nəticəsində əldə olunan başqa bir sort - "Gəncə" 2014-cü ildən rayonlaşdırılaraq dövlət reyestrinə daxil edilib. Eyni zamanda, "Məhsuldar" adlı yeni qarğıdalı sortu da dövlət standartından müvəffəqiyyətlə keçib.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 19 saat əvvəl
- 19 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)








.jpg)





