“Tikinti şirkəti sakinlərə açarları verməmək üçün mənzillərin qapılarını söküb”
Xəbər verdiymiz kimi, Nizami rayonu Şirin Mirzəyev küçəsində tikilən “My Home” yaşayış kompleksindən mənzil alanlar kompleksi tikən “Vesta Construction” şirkətindən narazıdırlar.
Şirkətin müştərisi Rəşad Qəmbərov “Marja”ya müraciət edərək bildirdi ki, 2018-ci ilin aprel ayında 3 illik daxili kredit ilə “Vesta Construction” şirkətindən 3 otaqlı mənzil alıb. Bağlanmış müqaviləyə əsasən mənzilin açarları 2019-cu ilin May ayında təvil verilməli idi:
“3 ay vaxt keçməsinə baxmayaraq açarları vermirlər. İyul ayında bildirdilər ki, açarlar şirkətin Ceyhun adlı rəhbəri məzuniyyətdən qayıtdıqdan sonra veriləcək. İyul və Avqust keçib, açarlar təqdim edilmir. Bir neçə gün öncə mənzillərin qapıları “daha keyfiyyətli düzəldilməsi” adı ilə sökülüb. Şirkətdən mənə bildirildi ki, qapılar yenidən quraşdırıldıqdan sonar açarlar veriləcəkdir”.
Şikayətçi qeyd etdi ki, o aylıq ödənişləri gecikdirməyib, hətta sayğaclar üçün tələb edilən 1500 manatı da ödəyib.
Rəşad Qəmbərov müqavilənin alıcının ziyanına yazıldığını bildirdi və mənzil alanların adlarının rəsmi sistemə salnmadığından şübhələndiyini qeyd etdi: “Biz bir mənzilin 2 nəfərə satıla biləcəyindən narahatıq”.
Digər bir məlumata görə, qapıları pulunu ala bilməyən podratçı şirkət sökərək aparıb.
Xəbər verdiyimiz kimi, bina sakinləri "Unikal"a bildiriblər ki, mənzil sahibləri müqavilədə göstərilən məbləği tam olaraq ödəsələr də, evlərini təmir edə bilmirlər.
Həmin binadan mənzil alan sakinlərdən biri Nərgiz adlı xanım bildirib ki, 1 ildən çoxdur sözügedən şirkətdən nəğd şəkildə mənzil alsa da ona müəyyən manelər yaradılıb:
“Mən bir ildən çoxdur ki, “Vesta Costruction” şirkətindən Nizami rayonu Şirin Mirzəyev küçəsində yerləşən “My Home” binalarından nəğd şəkildə mənzil almışam. Hətta əlavə 1500 manat sayğaç pulu ödədim. 1 il 2 ay müdətində evimin təmirinə mane oldular. Çətin də olsa, təmirə başladım, indi də kommunikasiya xətlərini kəsirlər ki, mənzilimin təmirini başa çatdıra bilməyim.
Həmin şirkətdən mənzil alan sakinlər də eyni problemə görə, hər gün binanın qarşısında etiraz aksiyası keçirirlər. Mən artıq güc-bəla ilə təmirə başlaya bilmişəm. Su pulunu ödəməyimə baxmayaraq,usuz qalmışam. “Vesta Construction” şirkətinin rəhbəri Ceyhun adlı şəxs isə sakinlərin yaranan bu probleminə etinasız yanaşır.”
"Marja"nın əldə etdiyi məlumata görə, rəsmi qurumlar əvvəllər icazə verilmiş tikinti layihələrinə yenidən baxırlar və bu səbəbdən tikinti işləri gecikir. Hətta Bakıda tikilməsi nəzərdə tutulan bir çox binanın tikintisinə başlanılmasının qarşısı alınıb.
Digər bir məlumata görə, Nizami rayonunda Şirin Mirzəyev küçəsində "Komfort" yaşayış kompleksini tikən "İntex" şirkəti iflasın astanasıdadır. Yaşayış kompleksi söz verilən vaxtda təhfil verilməyib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 47 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)




.jpg)


.jpg)







