Nazirlik ucarlıların gündəmə gətirdiyi məsələyə yenidən mövqe bildirdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “İşsizin DOSTu” proqramı əsasında işə cəlb olunma mexanizmini yenidən diqqətə çatdırır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov “Marja”ya bildirib:
“İşsizin DOSTu” proqramının Ucar rayonunda icrasında guya neqativ hallara yol verildiyi barədə həmin rayonun bir qrup sakininin mətbuatda dərc olunan, faktlara əsaslanmayan, subyektiv fikirləri ilə bağlı rəsmi mövqeyimizi bildirmişdik.
Bununla belə, məsələnin yenidən mediada yer alması ilə əlaqədar ilk növbədə “İşsizin DOSTu” proqramı əsasında işə cəlb olunma mexanizmini diqqətə çatdırmaq istəyirəm.
Proqram əsasında işə cəlb olunanlar məhz məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyatda olan vətəndaşlar arasından müəyyən edilir. Məşğulluq mərkəzlərinin müvafiq göndərişi əsasında həmin şəxslərlə “DOST İŞ Mərkəzi”ndə əmək müqaviləsi bağlanılır və elektron informasiya sistemində qeydiyyatdan keçirilərək rəsmiləşdirilir.
Bundan sonra hər bir işçi üçün sifariş olunmuş əməkhaqqı kartı bank tərəfindən yalnız vətəndaşın özünə şəxsiyyət vəsiqəsini təqdim etməsi şərti ilə verilir, kartı götürərkən də vətəndaş bunu imzası ilə təsdiq edir.
İşə qəbul edilmiş şəxslərin siyahısı müvafiq rayon (şəhər) İcra Hakimiyyətlərinin yerli qurumlarına (Mənzil Kommunal Təsərrüfatı Birlikləri, yaşıllaşdırma, tikinti-təmir idarələri və s.) təqdim edilir və bu qurumlar onları ictimai işlərə cəlb edirlər. Bundan sonra həmin işçi qüvvəsinin işə davamiyyətinə, tapşırılan işləri yerinə yetirmələrinə nəzarəti də məhz həmin qurumlar İcraçı qismində həyata keçirirlər.
Yəni, “DOST İŞ Mərkəzi” ilə həmin qurumlar arasında bağlanan Sazişə əsasən işçi qüvvəsi “DOST İŞ Mərkəzi”nin rəsmi işçiləri hesab olunmasına baxmayaraq, onların nizam-intizamına və gündəlik fəaliyyətinə yerli İcraçı qurumlar birbaşa cavabdehlik daşıyırlar.
Bütün işçilər İcraçının tapşırığı ilə və onun birbaşa nəzarəti altında fəaliyyət göstərirlər. Hər ayın sonunda İcraçı tərəfindən təqdim olunmuş davamiyyət cədvəllərinə (tabellərə) əsasən Mərkəz tərəfindən içtimai işçilərin əməkhaqları birbaşa onların kartlarına köçürülür. Davamiyyət cədvəlləri olmadan əmək haqqı köçürülmür.
Əgər hansısa işçi üzrsüz səbəbdən işə çıxmırsa, məhz İcraçının müraciəti ilə həmin işçi ilə bağlanmış əmək müqaviləsi ləğv edilir.
“DOST İŞ Mərkəzi” tərəfindən də daxili icraat qaydasında mütəmadi nəzarət olunur, monitorinqlər keçirilir, çatışmazlıqlar olduqda İcraçı təşkilatların diqqətinə çatdırılır.
Onu da bildirim ki, Ucar rayonunda 307 nəfər şəxs (yəni heç də həmin şikayətdə qeyd edildiyi kimi 540 nəfər yox) proqram əsasında ödənişli ictimai işlərə cəlb edilib".
"ÇOXU RUSİYADA ALVERLƏ MƏŞĞULDUR, BURADA ADLARINA STAJ GEDİR"
Bir qrup Ucar sakinləri Ucar Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən proqramın icrasına müdaxilə olunduğunu bildiriblər:
“DOST” İş Mərkəzi MMC-nin xətti ilə Ucar rayonunda 700-dək insan müxtəlif dövlət qurumlarında işlərə cəlb edilib: “Bunlar arasında qaz, elektrik idarələri, Ucar rayon Kommunal Müəssisələri Kombinatı da var. Bizim qeyd etdiyimiz faktlar rayon icra hakimiyyətinin tabeliyində olan bu kombinatdadır. Bu il həmin kombinata ”DOST" İş Mərkəzi MMC-nin xətti ilə 540 nəfər işə qəbul olunub. Onlardan yalnız 30-40 nəfər havadarı olmayan zəhmətkeş işçi gündəlik Kommunal Müəssisələri Kombinatına işə gəlir. Qalan 500 nəfəri işə gəlməyib hər ay aldıqları əmək haqqının bir qismini vəzifəli şəxslərə haqq verirlər. Onların çoxu Rusiyada alverlə məşğuldur, burada adlarına staj gedir, əsl işə ehtiyacı olan insanlar isə qalıb kənarda. Həmin şəxslər Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata belə durmamışdılar. Mərkəzdə 2017-ci ildən qeydiyyatda olan adamlar qalıb kənarda, onların adını yazıblar işə. Çoxusunun maaş kartı icra başçısının, onun müavinlərinin cibindədir. Maaşı onlar alırlar".
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 50 d. əvvəl
-
-
15 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 16 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 gün əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub






.jpg)





.jpg)




.jpg)






