“Global Finance” 2-ci ildir Elman Rüstəmovun fəaliyyətini yüksək reytinq ilə qiymətləndirir
Xəbər verdiyimiz kimi, “Global Finance” jurnalı Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun fəaliyyət reytinqini yenə də yüksək “B” səviyyəsində təsdiq etmişdir.
Bəs jurnalın hazırladığı reytinq hansı faktlara söykənir?
İlk ölncə qısaca qeyd edək ki, Global Finance” jurnalı maliyyə jurnalı 1987-ci ildə təsis edilib. Jurnalın baş idarəsi ABŞ-ın Nyu-York şəhərindədir. Əsas məqsədi korporativ liderləri, bankirləri, eləcə də investorları qlobal iqtisadiyyat və maliyyə sistemindəki gedişatlar barədə məlumatlandırmaq olan aylıq nəşr 188-dən çox ölkədə izlənir. Dərginin 50 mindən çox birbaşa abunəçisi var. 32 illik təcrübəsi olan jurnal “Global Finance Media”, Inc-holdinqə məxsusdur. “Global Finance”-in Nyu-York, London, Milan, Rio-de-Janeyroda ofisləri var.
Jurnalın əsas işlərindən biri müxtəlif nominasiyalarda reytinq siyahıları hazırlayaraq yayımlamaqdır. Bu reytinq siyahılarından biri də hər il dərc olunan Mərkəzi Bank rəhbərlərinin reytinq hesabatıdır (Central Banker Report Cards). Hesabatda reytinqlər “A” dan “F”-ə qədər, yəni 6 kateqoriya üzrə dəyişir və inflyasiyaya nəzarət, iqtisadi artım hədəfləri, milli valyutanın sabitliyi və faiz dərəcəsinin idarə olunması kimi göstəricilərə əsasən təqdim olunur.
Jurnalın hazırladığı Mərkəzi Bank rəhbərlərinin reytinq hesabatında 2014-cü ildən Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmovun da adı yer alır və 2-ci ildir ki, yenə də yüksək “B” kateqoriyası ilə qiymətləndirilib. Məlumat üçün qeyd edək ki, 98 ölkənin arasında “B reytinqi”ndə qiymətləndirilmiş məhdud sayda ölkələr sırasında Kanada, Macarıstan, Norveç, İsveç və Çexiya kimi ölkələrin baş bankirləri də var.
Təbii ki, bu qiymət də təsadüfi deyil. Məlum olduğu kimi qeyd olunan göstəricilər üzrə həqiqətən də Azərbaycan iqtisadiyyatında son illər müsbət dinamika dayanıqlı xarakter alıb. Ölkədə bərqərar olmuş makroiqtisadi sabitlik qorunub saxlanılır. Aparılan ardıcıl iqtisadi islahatlar hesabına iqtisadi artım yüksəlməkdə davam edir. Bu artımda əldə olunmuş aşağı səviyyəli inflyasiya mühüm rol oynayır. Ölkənin ixracat potensialı artmaqda davam edir, valyuta ehtiyatları davamlı artır və bunların əsasında milli valyutanın dayanıqlı sabitliyi təmin olunur. Məhz bu göstəricilərin əldə olunmasında Mərkəzi Bankın yeritdiyi pul-məzənnə siyasətinin rolu nəzərə alınmaqla Elman Rüstəmovun yüksək reytinqli qiymətinin yenidən təsdiqlənməsi məntiqi nəticədir.
Hesabatın tam mətni Global Finance’s Central Banker Report Cards 2019
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 40 d. əvvəl
-
-
15 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 16 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 gün əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub






.jpg)






.jpg)






.jpg)




