Neft 56 dollaradək ucuzlaşa bilər - PROQNOZLAR
Bu həftə dünya birjalarında Amerika ilə Çin arasında ticarət böhranının daha da dərinləşməsinin təsirləri treyderlərin diqqət mərkəzində olacaqdır.
EUR
Beynəlxalq maliyyə bazarlarında ABŞ-ın Çinə qarşı yeni gömrük rüsumu qərarı qlobal iqtisadiyyatda təzyiqlərin yeni dalğasının başlayacağından xəbəb verir. Beləliklə, FED-in sonuncu faiz azaldılmasının müsbət təsirləri də artıq zəifləyib və dollar yenidən ucuzlaşmağa başlayıb. Nəticədə isə EUR/USD məzənnəsi dolların dəyər itirməsi fonunda 1.11$-a kimi bahalaşıb və 1.12$-a kimi də bahalaşa bilər.
Bununla yanaşı, bazar ertəsi Bakı vaxtı ilə saat 12 və 18:00-da müvafiq olaraq Avrozona və ABŞ-ın xidmət sektorları ilə bağlı dərc ediləcək önəmli statistik məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır.
GBP
GBP/USD məzənnəsinin də ucuzlaşması dinamikasında zəifləmə müşahidə edilir. 1.22$-a yaxın ticarət edilən məzənnə 1.23$-a kimi də bahalaşa bilər.
İngiltərənin AB ilə Breksit və ABŞ ilə ticarət sazişi danışıqları da bazar iştirakçılarının diqqət mərkəzindədir. Cümə günü saat 12:30-da yayımlanacaq iqtisadi inkişafa dair önəmli fundamental məlumatların isə Böyük Britaniyada inkişafin zəifləməsini göstərməsi ehtimal edilir.
TRY.
USD/TRY məzənnəsi isə Türkiyədə inflyasiyanın yenidən arta biləcəyi narahatlığı fonunda bahalaşıb. 5.60TL ətrafında dalğalanan məzənnə, 5.66TL-ni də yuxarı istiqamətdə qırarsa, 5.73TL-yə kimi də bahalaşa bilər.
İnflyasiya ilə bağlı fundamental göstəricilər isə bazar ertəsi saat 11:00-da açıqlanacaqdır.
OIL
Qlobal siyasi və iqtisadi risklərin növbəti mərhələyə çatması, enerji birjalarında neftə olan tələbin də azalmasına səbəb olub. Belə ki, Avropanın Brent nefti 61$-a ticarət edilir və 59.41$-ı da aşağı istiqamətdə qırarsa, 56.53$-a kimi də ucuzlaşa bilər.
Çərşənbə günü saat 18:30-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatların da qiymətlərə güclü təsir edəcəyi gözlənilir.
GOLD
Əlvan metallar bazarlarında da bugünkü çətin günlərdə təhlükəsiz liman maliyyə alət kimi qızıla olan tələbin artdığı müşahidə edilir. Təhlillərə əsasən, bir unsiya üzrə qiymət 1460$-ı (47.0 $/qram) və 1469$-a (47.2 $/qram) kimi də dəyər qazana bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
37 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 40 d. əvvəl
-
49 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
52 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir





















.jpg)




