Gürcüstan əhalisi Azərbaycanla münasibətləri necə qiymətləndirir? - SORĞU
Gürcüstanda rəyi soruşulanların 56%-i ölkənin Azərbaycanla hazırkı münasibətlərini yaxşı qiymətləndirib.
Bu, Beynəlxalq Respublika İnstitutunun (IRI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğsu zamanı məlum olub.
Respondentlərin 17%-i bu münasibətləri nə yaxşı, nə pis, 20%-i pis hesab edib, 7%-i isə suala cavab verməyib.
Sorğuda iştirak edənlərin böyük əksəriyyəti Gürcüstanın Ukrayna (90%), ABŞ (87%) və Avropa İttifaqı (87%) ilə münasibətlərini yaxşı dəyərləndirib.
Respondentlər Gürcüstanın ən mühüm siyasi-iqtisadi tərəfdaşının hansı dövlət olması ilə bağlı sualı da cavablandırıblar. Onların 9%-i Azərbaycanı vacib siyasi, 13%-i isə vacib iqtisadi tərəfdaş adlandırıb. Rəyi soruşulanların 6%-i Azərbaycandan siyasi, 4%-i isə iqtisadi təhlükənin gəldiyini hesab edib.
Gürcüstan əhalisinin fikrincə, ABŞ (50%), Aİ (47%) və Ukrayna (29%) ölkənin ən mühüm siyasi tərəfdaşlarıdır. İqtisadi tərəfdaş kimi isə ABŞ respondentlərin 33%, Aİ – 39%, Ukrayna isə 17% səs əldə edib.
Sorğu mayın 20-dən iyunun 11-dək bütün Gürcüstan üzrə 1 500 sakin arasında aparılıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
23 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?




















