“AtaBank”ın son vəziyyəti məlum oldu
“AtaBank” ASC 2019-cu ilin 1-ci yarısını 149 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank 2018-ci ilin 1-ci yarısını təxminən 123 min manat xalis mənfəətlə bağlamışdı.
“Marja” Bankın rüblük maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-iyun dövründə “AtaBank”ın cəmi gəlirləri 19 milyon 891 min manat, cəmi xərcləri isə 22 milyon 141 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən 2 milyon 250 min manat əməliyyat zərəri yaranıb. Lakin aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış ehtiyatın 2 milyon 399 min manatı azad olduğundan həm əməliyyat zərəri bağlanıb, həm də Bankın 149 min manat xalis mənfəəti qalıb. Qeyd edək ki, ehtiyat, ehtimal olunan kredit və depozit itkiləri üçün əməliyyat mənfəətinin və ya kapitalın hesabına yaradılır. Əgər kredit və depozit itkiləri baş verməsə ehtiyat azad olur və yenidən gəlirə əlavə edilir.
Xatırladaq ki, 2018-ci ilin 1-ci yarısında “AtaBank”ın cəmi gəlirləri 23 milyon 652 min manat, cəmi xərcləri isə 25 milyon 108 min manat təşkil etmişdi. Həmin vaxt da xərclər gəlirləri üstələdiyindən Bankın 1 milyon 456 min manat əməliyyat zərəri yaranmışdı. Lakin ehtimal olunan kredit və depozit itkiləri üçün yaradılmış ehtiyatların 1 milyon 578 min manatı azad olduğundan və mənfəətə əlavə edildiyindən, həm əməliyyat zərəri bağlanmış, həm də bank cari ilin birinci yarısını təxminən 123 min manat xalis mənfəətlə başa vurmuşdu.
30 İyun 2019-cu il tarixində “AtaBank” ASC -nin müştərilərə verdiyi cəmi kreditlər 414 milyon 859 min manat təşkil edib. 30 İyun 2018-ci il tarixində bu məbləğ 465 milyon 78 min manat, 31 dekabr 2018-ci il tarixində isə 428 milyon 565 min manat idi.
30 iyun 2019-cu il tarixində “AtaBank” 571 milyon 239 min manat cəmi aktivlərə, 428 milyon 590 min manat cəmi öhdəliklərə və 142 milyon 649 min manat cəmi balans kapitalına malik olub.
Bank 30 iyun 2018-ci il tarixində 603 milyon 176 min manat cəmi aktivlərə, 458 milyon 512 min manat cəmi öhdəliklərə və 144 milyon 664 min manat cəmi balans kapitalına malik idi.
31 Dekabr 2018-ci il tarixində isə "AtaBank" 581 milyon 110 min manat cəmi aktivlərə, 438 milyon 580 min manat cəmi öhdəliklərə və 144 milyon 452 min manat cəmi balans kapitalına malik idi.
2018-ci ilin sonu ilə müqayisədə ötən 6 ay ərzində "AtaBank"da depozitlər (banklar və digər maliyyə institutları istisna olmaqla) 5 milyon 165 min manat artaraq 307 milyon 491 min manata çatıb.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
1 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
5 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb



























